Home » Bələdiyyə xəbərləri » Binəqədi rayonunda Milli Qəhrəman Fərhad Hümbətovun anım mərasimi keçirildi

Binəqədi rayonunda Milli Qəhrəman Fərhad Hümbətovun anım mərasimi keçirildi

4

01 aprel 2015-ci il tarixdə Binəqədi rayonunda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım mərasimi keçirilmişdir.

Binəqədi rayon Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, cəbhə yoldaşları, orta məktəb şagirdləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Rayon şöbəsinin sədri Telman Hətəmov və “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbzadə belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirmişlər. Çıxış edənlər həmçinin, Vətən uğrunda canlarını qurban vermiş oğullarımızın ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsinə toxunaraq bu diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını iştirakçıların diqqətinə çatdırmışlar. Milli Qəhrəmanın anası Salatın Hümbətova oğlunun keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışmış, dövlətin onlara göstərdiyi diqqət və qayğını minnətdarlıqla qeyd etmişdir.

Daha sonra tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Fərhad Hümbətovun timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini Vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirmişdir. Aygün Əliyeva şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına diqqət çəkərək bu məsələnin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını bildirmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı da Rayon İcra Hakimiyyəti başçısının müavini əminliklə vurğulamışdır.

Anım tədbiri Binəqədi rayonu 299 saylı məktəb-liseyin şagirdlərinin ifasında bədii kompozisiyanın təqdim edilməsi və məktəblilərin Milli Qəhrəmanın abidəsi önünə güllərin düzülməsi ilə yekunlaşmışdır.

1 2 3 4 5 6 7 8 9 91 92 93