Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin 2013-cü il üzrə fəaliyyəti və yerli büdcəsinin icrası haqqında
HESABAT MƏRUZƏSİ
M.Ə.Rəsulzadə bələdiyyəsinin 2013-cü il üzrə fəaliyyət və yerli büdcəsinin icrası haqqında gördükləri işlərin hesabatını verməzdən əvvəl, icazənizlə “2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial – iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində M.Ə.Rəsulzadə qəsəbəsində həyata keçirilən uğurlu tədbirlər haqqında məlumat verərdim.
Respublikanın bütün bölgələrində eləcə də bütün yaşayış məntəqələrində olduğu kimi Rəsulzadə qəsəbəsinin ərazisində də iri miqyaslı layihələr həyta keçirilir və hazırda işlər planlı şəkildə davam etdirilir. Bütün bu işlər cənab Prezidentimizin birbaşa tapşırığı və cənab Başçımızın nəzarəti və iştirakı ilə bir hədəfə – Rəsulzadə qəsəbə sakinlərinin soaial rifahının yüksəldilməsinə, rahat və etibarlı güzəranlarının yaxşılaşmasına hesablanıb. Belə ki, Aydınbəyov və İ.Hacıyev küçələrində, eləcə də İ.Hacıyev küçəsi I, II və III döngələrdə kommunikasiya xətləri əsaslı təmir edildikdən sonra asfaltlanma işləri aparılmış, eyni zamanda qəsəbənin Həmidə Məmmədquluzadə, Elman Rüstəmov, Katib Şamilov, 1-ci Dəmiryol, Həsrət Ağamalıyev, Binəqədi şossesinin sol tərəfində bütün küçələr, Çexov, Arif Hüseynov, Mahir Qədirov, Üzeyir Hacıbəyov, Sahib Hüseynov, Koroğlu 5;6 və 7 keçid, Zaur Mehdiyev, Koroğlu 1 keçid, Füzuli Orucov, Sarabski, 8 Mart, Cəfər Cabbarlı, Zahid Qəmbərov küçələrinə və Xutor yaşayış sahəsindəki əksər küçələrə asfalt örtüyü döşənmişdir. Ümumilikdə 2013-cü ildə – qəsəbə ərazisində 111732 kv.metr asfalt örtüyü döşənmişdir.
Qəsəbəmizdə həyata keçirilən ən uğurlu layihələrdən biri də cənab Başçımızın bir başa təşəbbüs və dəstəyi ilə qəsəbə ərazisində yerləşən Heydər Əliyev parkının tamamilə ən müasir üslubda yenidən qurulması, burada musiqili fəvvarə və muxtəlif uşaq əyləncə elementlərinin quraşdırılmasıdır. Eyni zamanda həmin parkda yerləşən Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binası yenidən qurulmuş və Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının yeni inzibati binası inşa olunmuşdur. Çox sevindirici və fərəhləndirici haldırki hər üç obyektin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmışdir.
Bundan əlavə Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində yerləşən 6 saylı Birləşmiş şəhər xəstəxanası yenidən qurulub, tam təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.
100 və 143 saylı məktəblərdə əlavə tədris korpusları tikilib şagirdlərin istifadəsinə verilmiş, 90 saylı uşaq bağçası əsaslı təmir olunmuş, 211 saylı bağça isə müasir üslubda yenidən inşa olunmuş istifadəyə verilmişdir. 11 saylı musiqi məktəbində yeni korpus tikiləcəkdir.
Qəsəbə ərazilərin təmizliyinə daimi nəzarət günün ən vacib məsələlərindən biri olmuşdur. 2013-cü ildə rayon rəhbərliyi tərəfindən yalnız Rəsulzadə qəsəbəsində təmizliyi həyata keçirmək üçün 402 ədəd məişət tullantıları konteyneri, 2 ədəd – 2013-cü ilin istehsalı olan MAZ – Haller zibil daşıyan və KAMAZ – KAO Zibil daşıyan maşınları, 3 ədəd qabarit tullantıların yığılması üçün 65115 markalı KAMAZ özüboşaldan maşınlar verilmişdir. 2013-cü ildə qəsəbəmizin 9 müxtəlif yerlərində nümunəvi məişət tullantıları meydançaları tikilmişdir.
Hesabat ilində rayonun xidmət sahələri tərəfindən qəsəbə ərazsində aşağıdakı işlər görülmüşdür.
Qaz istismar idarəsi tərəfindən qəsəbənin Koroğlu, Üzeyir Hacıbəyov, Mahir Qədirov, Sahib Hüseynov, Hüsü Hacıyev, Ağamalıoğlu, Çingiz İldırım, Aydınbəyov, İlham Hacıyev, İlham Hacıyev 1,2 və 3 döngələrdə köhnə qaz xəttləri yenisi ilə əvəz olunmuşdur. O, cümlədən təzyiq normallaşdırılmış, bir çox küçlərdə təmir işləri aparılmışdır və hazırda bu isstiqamətdə işlər davam etdirilir.
Rayon Sukanal idarəsi tərəfindən qəsəbənin qəsəbənin Hacıbababəyov- Zahid Qəmbərov küçəsi istiqamətində, 8 Mart, Sahib Hüseynov, Mahir Qədirov, Səttar Bəhlulzadə küçəsi 1 döngədən, Əli Məmmədov, Mirzə Məhəmmədxan, Aydınbəyov küçələrindən yeni kanalizasiya xəttləri, Musabəyov, Svetlana Məmmədova, Azadlıq prospektindən, Hacıbababəyov, Mahir Qədirov küçəsində, Cəfər Xəndan, 1 şimal tingliyi və s. küçələrdə yeni su xəttləri çəkilmişdir və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Qəsəbə sakinlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün SİB-ləşmə prossesi demək olar ki, başa çatmaq üzrədir.
Küçlərin işıqlandırılması üçün qəsəbənin Katib Şamilov, Stroydetal, Elman Rüstəmov, Həmidə Məmmədquluzadə, Həsrət Ağamalıyev küçələrinə ümumilikdə 65 ədəd sinkləşdirilmiş 2 konsullu dirəklər quraşdırılmışdır.
Bunları qeyd etməklə bildirmək istəyirəm ki, yerli idarəçilik o zaman effektli olur ki, yerli təşəbbüslər də çox olsun.
Ən əsası əhali yaşadığı inzibati ərazi sahəsində görülən işlərdən məlumatlı olarsa rayon rəhbərliyinə inam və etibarı da yüksək olar.
Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının dövlət işlərinin xeyli hissəsini reqlamentləşmək və qanun çərçivəsində fəaliyyət göstərərək, məsuliyyəti öz üzərinə götürməklə onu yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ və real qabiliyyəti başa düşülür. Yerli özünüidarə orqanlarının əsas səlahiyyətləri konstitusiya ilə, yaxud qanunla müəyyən edilir. Lakin bu müddəa yerli özünüidarə orqanlarına qanuna müvafiq olaraq ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir.
M.Ə.Rəsulzadə bələdiyyəsində öz səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması məqsədilə, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi üçün 5 daimi komissiyalar yaradılmış və fəaliyyət göstərir.
M.Ə.Rəsulzadə bələdiyyəsinin ərazisində 14 Məhəllə Komitəsi yaradılmış və Əsasnamələri təsdiq olunmuşdur. Məhəllə komitəsinin yaradılmasında məqsəd məhəllə problemlərinin həllində yerli sakinlərin işini təşkil etmək və onların həllində bələdiyyəyə kömək etməkdir. Komitələr əsasən müvafiq ərazidə yaşayan nüfuzlu şəxslərdən təşkil olunmuşdur ki, bu da həmin ərazinin problemlərinin lazımi şəkildə bələdiyyəyə çatdırılmasında və həllində yardımçı olur.
Hamınıza məlumdur ki, 2013-cü ildə Respublikamızda ən mühüm dövlət əhəmiyyətli siyasi kampaniya olan Prezident seçkiləri keçirilimişdir. Seçkilər Rəsulzadə qəsəbəsi ərazisi hüdudlarını əhatə edən 9 saylı Seçki Dairəsində də yüksək seçici fəallığı müşahidə edilmişdir. Təsadüfü deyildir ki, qəsəbə ərazisi hüdudlarını əhatə edən 32 seçki məntəqəsinin heç bir yerində, heç bir hadisə baş verməmiş, qanun pozuntusu qeydə alınmamışdır. Şübhəsiz bütün bu uğurlu nəticələr rayon rəhbərliyinin ərazidə apardığı abadlıq-quruculuq, təmir-tikinti, səliqə-səhman işləri əhali ilə keçirilən görüşlər, düzgün təşkil olunan ictimai-siyasi işlərin sayəsindən mümkün olmuşdur ki, YAP Binəqədi rayon təşkilatının qərargahının nəzdində yaradılan 15 qərargahdan biri olan 9 saylı Binəqədi İkinci Seçki Dairəsinin 7 saylı qərargahı da Rəsulzadə bələdiyyəsinə təhkim olunaraq etimad göstərilmişdir. 7 saylı Qərargah 14 məntəqəni əhatə etdərək, 18505 nəfər seçicidə iştirak edən seçicilərlə təmas yaratmışdır.
Keçirilən prezident seçkilərində də göstərilən etimad bir daha onu göstərir ki, bütün qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan xalqı öz seçiminə sadiqdir.
Bizdə öz növbəmizdə qəsəbə ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik edir və bu gərgin fəaliyyətində ona uğurlar arzulayırıq.
Bələdiyyə öz ərazisində və həmçinin Binəqədi rayon ərazisində keçirilən sosial-iqtisadi və ekoloji məsələlərin həllində yaxından iştirak edir.
Bələdiyyə öz fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə mövcud qanunlar çərçivəsində bir sıra tədbirlər keçirməklə yanaşı işin səmərəli təşkili ilə əlaqədar dövlət, hökumət və digər qurumlarla əlaqələr yaradır. Bələdiyyə öz ərazisində olan problemlərin həlli məqsədilə ayda 1-2 dəfə iclaslar keçirərək müvafiq qərarlar qəbul edir və onların həyata keçirilməsini təmin edir.
2013-cü il ərzində bələdiyyənin 14 ümumi iclası keçirilmişdir. İclaslar protokollaşdırılmış və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən protokolların surətləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bələdiyyə büdcəsindən pul vəsaitləri daimi komissiyalarda baxılmaqla bələdiyyə iclasına çıxarılmış və bələdiyyə iclasının qəbul etdiyi qərarları ilə təyinatı, məqsədi və miqdarı göstərilməklə ayrılmışdır.
Bələdiyyədə uçot və hesabat işləri mövcud qanunvericiliyə uyğun olaraq qurulmuşdur.
Bələdiyyə iclasının qərarları ilə ayrılmış vəsaitlər müqabilində faktiki xərclər, yəni görülmüş işlər haqqında əhəmiyyət kəsb edən bütün sənədlər və hesabatlar aidiyyatı olaraq “Mühasibat uçotu şöbəsi”nə vaxtında təqdim edilmiş və uçotda tam əks olunmuşdur.
Əvvəla qeyd edim ki, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi 29 oktyabr 2012-ci il tarixli 37 saylı qərarı ilə 2013-cü il üçün gəlir və xərcləri müəyyən edərək, yerli (büdcə smetasını) büdcəsini 740000 (yeddi yüz qırx min) manat həcmində təsdiq etmişdir. Təsdiq olunmuş büdcəyə əsasən, iqtisadi təsnifat üzrə gəlir və xərclərin rüblər üzrə bölgüsü də aparılmaqla təsdiqlənmişdir.
2013-cü ildə bələdiyyə büdcəsinin gəlirlərinin proqnozlaşdırılması və faktiki kassa icrası aşağıdakı kimi olmuşdur:
manatla
|
Gəlirlərin adı |
Proqnoz |
Kassa icrası |
Faiz |
| Fiziki şəxslərdən torpaq vergisi |
120000 |
83818 |
69,8 |
| Fiziki şəxslərdən əmlak vergisi |
310000 |
138829 |
44,8 |
| Küçə reklamı yayımına görə ödəniş |
27000 |
13511 |
50,0 |
| Bələdiyyə əmlakının özəlləşdirilməsindən gəlir (borc ödənişi) |
20000 |
4288 |
21,4 |
| Bələdiyyə torpağının icarəyə verilməsindən |
63000 |
44159 |
70,1 |
| Hüquqi şəxslərdən maliyyə yardımı |
– |
30000 |
|
| Məişət tullantılarına görə xidmət haqqı yığımı |
120000 |
102817 |
85,7 |
| Dövlət büdcəsindən verilən dotasiya |
80000 |
82000 |
102,5 |
|
Cəmi |
740000 |
499422 |
67,5 |
Göründüyü kimi, bələdiyyə büdcəsinin gəlirləri fiziki şəxslərin torpaq və əmlak vergisi, torpaq icarə haqqı, küçə reklamı yayımına görə ödənişlərdən və məişət tullantılarına görə xidmət haqqı yığımından formalaşmışdır.
Mövcud qanunvericiliyə əsasən, 2013-cü ildə Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsində bələdiyyə torpaqlarının hərrac və müsabiqələri keçirilmədiyindən cari dövr ərzində bu mənbədən vəsait mədaxili olmamışdır.
Xatırladım ki, Binəqədi rayon İcra Hakimiyyətinin tövsiyyəsinə əsasən, qəsəbə ərazisindən dislokasiya üzrə məişət tullantılarının yığılıb daşınması və zərərsizləşdirilməsi işlərinin bələdiyyə tərəfindən icra edilməsi haqda M.Ə.Rəsulzadə bələdiyyəsi iclası müsbət qərar qəbul etmişdir. Bu işlər 01 noyabr 2012-ci il tarixdən həyata keçirilmişdir. 2013-cü ildə də işlər davam etdirilmiş və bu sahənin xidmət haqqı yığımı da bələdiyyə tərəfindən icra edilmişdir.
Qeyd etmək lazımdır ki, 2013-cü ildə məişət tullantılarının yığılıb daşınması və zərərləşdirilməsi işlərinə görə (ümumulikdə bu təyinat üzrə yığılmış xidmət haqqı) cəmi gəlir 102817 manat olduğu halda, faktiki xərclər isə cəmi 217400 manat təşkil etmişdir, bu sahədə 114583 manat artıq xərc yaranmışdır.Yaranmış artıq xərcin 82000 manatı dövlət büdcəsindən verilmiş dotasiya hesabına və qalan 32583 manatı isə bələdiyyə büdcəsi hesabına maliyyələşdirilməklə bağlanmışdır.
Beləliklə, 2013-cü ildə proqnozlaşdırılmış 740000 manat gəlirə qarşı faktiki gəlir 499422 manat olmaqla büdcə 67,5 faiz yerinə yetirilmişdir.
2013-cü ildə bələdiyyə büdcəsinin xərclərinin proqnozlaşdırılması və faktiki kassa icrası aşağıdakı kimi olmuşdur:
manatla
|
Xərclərin adı |
Proqnoz |
Kassa icrası |
Faiz |
| Təmir-tikinti və abadlaşdırma işləri üzrə xərclər |
210000 |
24344 |
11,6 |
| Mənzil-kommunal xərcləri (məişət tullantılarının yığılıb daşınması və zərərsizləşdirilməsi işləri) |
209000 |
217400 |
104,0 |
| Sosial təminat və sosial müdafiə xərcləri |
44000 |
26908 |
61,2 |
| Yerli özünüidarəetmə orqanının saxlanması xərcləri |
265000 |
230787 |
87,1 |
| Digər xərclər |
12000 |
10740 |
89,5 |
|
Cəmi |
740000 |
510179 |
68,9 |
Ümumilikdə proqnozlaşdırılmış 740000 manat xərcə qarşı faktiki xərc 510179 manat olmaqla büdcə 68,9 faizlə yekunlaşmışdır.
Yuxarıda qeyd olunan halların yaranmasına əsas səbəb büdcənin gəlir maddələrinin yerinə yetirilməməsi olmuşdur ki, bu da analoji olaraq xərc maddələrinə öz mənfi təsirini göstərmişdir, belə ki, büdcə gəlirləri proqnozuna müqabil büdcə xərcləri proqnozlaşdırılır və faktiki gəlir vəsaitləri hesabına xərc vəsaitləri icra olunur. Büdcə gəlirlərindən asılı olmayaraq elə xərclər (əmək haqqı, sosial sığorta ayırması və başqa xidmət xərcləri) vardır ki, onların ödənişi zəruri olaraq hər ay həyata keçirilir və nəticədə proqnozlaşdırılmış vəsait mədaxilinin aşağı olması xərc maddələrinə öz mənfi təsirini göstərir. Bunun başlıca və əsas səbəbi sakinlər və sahibkarlar tərəfindən yerli vergi və ödənişlərin vaxtlı-vaxtında ödənilməməsi olmuşdur.
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bələdiyyə büdcəsindən pul vəsaitləri bələdiyyə iclasının qərarları ilə təyinatı, məqsədi və miqdarı göstərilməklə ayrılmışdır.
Bələdiyyə iclasının qərarı ilə ayrılmış vəsaitlər müqabilində faktiki xərclər haqqında mühasibatlığa təqdim edilmiş təsdiqedici sənədlər, daha doğrusu, təhvil verilmiş hesabat sənədləri, işin yerinə yetirilməsinə dair forma aktları, qaimə-fakturalar, hesab-fakturalar, ödəniş qəbzləri və təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən sənədlər uçot registrlərində yazılışlar üçün əsas götürülərək uçotda tam əks olunmuşdur.
Beləliklə, bələdiyyədə 2013-cü ildə büdcə xərcləri maddələr üzrə aşağıdakı kimi xarakterizə olunur.
Təmir-tikinti və abadlaşdırma işləri üzrə xərclər 24344 manat olmuşdur, o cümlədən:
-Bələdiyyənin yerləşdiyi inzibati binanın daxilində müxtəlif təmir və bərpa işlərinin görülməsi……………………………………………………………………………..3407 manat;
-Azadlıq prospekti, Musabəyov, S.Bəhlulzadə və 1-ci Dəmiryol küçəsində məişət tullantılarının yığılması üçün tikilmış meydançaların örtüklərinin təmir edilməsi, Azadlıq prospekti boyu divarlara yazılmış sözlərin, yapışdırılmış kağız elanların və reklamların təmizlənərək əhənğ və emulsiya məhlulu ilə ağardılması………. 2878 manat;
-Əjdər Məlikov küçəsinin bir hissəsinə 200 mm-lik asbosement borudan kanalizasiya xəttinin çəkilməsi………………………………………………………………………………..4343 manat;
-Səttar Bəhlulzadə küçəsi, döngə 1-də 200 mm-lik asbosement borudan kanalizasiya xəttinin çəkilməsi………………………………………………………………………………..7135 manat;
-İşin davamı olaraq Səttar Bəhlulzadə küçəsi, döngə 1-də 300 mm-lik asbosement borudan kanalizasiya xəttinin çəkilməsi………………………………………………… 6581 manat.
Mənzil-kommunal xərcləri 217400 manat olmuşdur, o cümlədən:
-Qəsəbə ərazisindən dislokasiyaya əsasən məişət tullantılarının yığılıb daşınması və zərərsizləşdirilməsi üçün bağlanmış müqaviləyə əsasən göstərilmiş xidmətə görə icraçı təşkilata haqqın ödənilməsi……………………………………………………………….136660 manat;
-Bələdiyyə büdcəsi vəsaiti hesabına KAMAZ-53605-62 (xüsusi təyinatlı) markalı bir ədəd zibildaşıyan avtomaşın alınması………………………………………………….. 75000 manat;
-Qəsəbə ərazisindən məişət tullantılarının yığılması və daşınması üçün bələdiyyənin mülkiyyətində və istifadəsində olan 2 ədəd yük avtomaşınının yanacaq xərci… 5740 manat.
Sosial təminat və sosial müdafiə xərcləri 26908 manat olmuşdur, o cümlədən:
Qəsəbə ərazisində yaşayan tənha qocalara, kimsəsizlərə, aztəminatlı təbəqəyə və ictimai cəmiyyətlərə onların müraciətləri əsasında maddi yardımlar ödənilmişdir.
-Tənha və kimsəsiz qocalara 55 halda ………………………………………………….1700 manat;
-Əlil şəxslərə 41 halda…………………………………………………………………………1520 manat;
-Yas mərasiminə köməklik məqsədilə maddi yardım ödənişi 4 halda………… 1100 manat;
-Rayon ərazisində yerləşən ictimai cəmiyyətlərə 3 halda…………………………….250 manat;
-Digər imkansız şəxslərə 44 halda………………………………………………………….1700 manat;
-Milli Qəhrəman Fərhad Hümbətovun ildönümünün keçirilməsi məqsədilə ailəsinə maddi köməklik………………………………………………………………………………….. 850 manat;
-Qəsəbə ərazisində, H.Ağamalıyev ev 6 ünvanında məskunlaşmış, Laçın rayonundan məcburi köçkün və şəhid ailəsi olan imkansız Əhmədov Tahir Əhməd oğluna televizor alınması üçün maliyyə köməkliyi…………………………………………………………….300 manat;
-Ramazan bayramı ilə əlaqədar olaraq Z.Qəmbərov küçəsində yerləşən Xeyir-Şər evində 183 nəfərə iftar süfrəsi açılıb verilməsi ………………………………………..2196 manat;
– Müqəddəs Qurban bayramı ilə əlaqədar olaraq ərazidə yaşayan imkansız şəxslərə 1120 kq mal ətinin alınıb verilməsi 812 nəfərə……………………………………………….8870 manat;
– Xutor yaşayış massivində yanğından zərər çəkmiş imkansız sakinə ( Əliyeva Xalidə Turab qızı, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 8, ev 29) fərdi yaşayış evinin bərpa olunması üçünt tikinti materiallarının alınması (1000 ədəd mişar daşı, 50 kisə sement və 10 kub metr qum) məqsədi ilə maliyyə yardım ödənişi………………………………………….950 manat;
-Ramazan bayramı ilə əlaqədar bələdiyyə üzvlərinə və qulluqçularına maddi yardım ödənişi 47 halda………………………………………………………………………………….3250 manat;
-Novruz Bayramı münasibətilə bələdiyyə üzvlərinə və qulluqçularına maddi yardım ödənişi 44 halda………………………………………………………………………………….1760 manat;
Yuxarıda qeyd olunanlardan əlavə olaraq ərazidə yerləşən 9 saylı Binəqədi II Dairə Seçki Komissiyasının müraciətinə əsasən növbəti prezident seçkiləri ilə əlaqədar dairənin kompüterlərində proqram təminatlarının yazılması, kompüterlərin fiziki göstəricilərinin gücləndirilməsi, müxtəlif növ dəftərxana ləvazimatları və inventar alınmasına maliyyə köməkliyi………………………………………………………………2462 manat.
Yerli özünüidarəetmə orqanının saxlanması üzrə cəmi xərclər 230787 manat təşkil etmişdir.
2013-ci ildə yerli özünüidarəetmə orqanının saxlanması xərcləri ayrı-ayrı maddələr üzrə aşağıdakı kimi olmuşdur:
-Bələdiyyə üzvlərinə və qulluqçularına əmək haqqı ödənişi………………..128890 manat;
-İşəgötürənin və sığortaolunanın hesabına əmək haqqına nisbətdə məcburi dövlət sosial sığortaya vəsait ödənişi…………………………………………………………………….40649 manat;
-Muzdlu işə görə ödəmə mənbəyindən tutulmuş vergi ödənişi………………..19400 manat;
-İşçilərin əmək haqqından tutulmuş məbləğdən Həmkarlar İttifaqına ödəniş……… 1724 manat;
-İşçilərin razılığı ilə ə/h-dan tutulmuş məbləğdən Silahlı Qüvvələrin Yardım Fonduna ödəniş………………………………………………………………………1515 manat;
-Bələdiyyə üzvü və qulluqçularının icbari sığortası…………………………………366 manat;
-Yerli vergi və ödənişlərin yığımı üçün ciddi hesabat blanklarının alınması….945 manat;
– İl ərzində 14 qəzetə görə abunə haqqı ödənişi……………………………………..3354 manat;
-Dəftərxana ləvazimatlarının alınması və kompüterlərin təmirinə………………3181 manat;
-Xidməti telefonların abunə və danışıq haqqı, internetdən istifadə üçün……..1101 manat;
-Təsərrüfat malları, inventarların alınması və təmirinə…………………………….2856 manat;
-Əsas vəsaitlərin alınmasına (şkaf, stol və s.)…………………………………………..970 manat;
-Xidməti avtomaşına yanacaq alınmasına……………………………………………….1380 manat;
-Mühafizə xidməti haqqı üçün ödəniş…………………………………………………..10459 manat;
-Elektrik enerjisindən istifadə üçün ödəniş……………………………………………..3185 manat;
-Su sərfiyyatı və kanalizasiya xidməti üçün ödəniş…………………………………..868 manat;
-Bələdiyyənin 2012-ci ilin auditi üçün ödəniş haqqı………………………………..2500 manat;
-Əməyin mühafizəsi ilə bağlı xərclər………………………………………………………215 manat;
-Göstərilmiş bank xidmətinə görə ödəniş………………………………………………..398 manat;
-Sair cari xidmət (kompüterlərə xidmət, avomaşınin icarə haqqı və sairə) haqqı ödənişi……………………………………………………………………………………………….6831 manat.
Yerli özünüidarəetmə orqanı aparatının saxlanması ilə əlaqədar olaraq 2013-cü il büdcəsində nəzərdə tutulmuş xərc vəsaitlərinin cari ilin yanvar ayından ilin sonuna kimi hər ay üçün ayrılması bələdiyyə iclasının 30.12.2012-ci il tarixli 45 saylı qərarı ilə təsdiqlənmişdir. Həmçinin, bələdiyyənin 07.01.2013-cü il tarixli 01 saylı qərarı ilə 01.01.2013-cü il tarixdən qüvvəyə minmiş ştat cədvəli üzrə cəmi 47 ştat vahidi olmaqla aylıq əmək haqqı fondu 13850 (on üç min səkkiz yüz əlli) manat, daha sonra bələdiyyənin 30.03.2013-cü il tarixli 08 saylı qərarı ilə 01.04.2013-cü il tarixdən qüvvəyə minmiş yeni ştat cədvəli üzrə cəmi 48 ştat vahidi olmaqla aylıq əmək haqqı fondu 13550 (on üç min beş yüz əlli) manat təsdiqlənmişdir.
Yerli özünüidarəetmə orqanının saxlanması maddəsi daxilində əsas amillərdən biri də işçilərin əmək haqqı xərcidir.
Faktiki hesablanmış əmək haqqı və buna müqabil məcburi dövlət sosial sığortaya ayırma haqqı məbləğinin ümumi gəlir məbləğlərinə görə üstələmə halları olmamışdır.
Digər maliyyə xərcləri 10740 manat olmuşdur, bu da 2007-2009-cu illərdə torpaq alqı-satqısı üçün 4 nəfər vətəndaş tərəfindən bələdiyyə büdcəsinə ödənmiş, lakin mövcud qanunvericiliklə əlaqədar olaraq qərar verilməsi mümkün olmadığından qaytarılmış vəsaitlərdən ibarətdir.
2013-cü ildə bələdiyyənin yerli büdcəsinin cəmi gəlirləri 499422 manat, xərcləri 510179 manat olmuşdur:
manatla
|
Göstəricilər |
Proqnoz |
İcra |
Faiz |
Gəlirlər |
740000 |
499422 |
67,5 |
Xərclər |
740000 |
510179 |
68,9 |
Xərclərin analitik uçotu aparılmışdır. Ümumilikdə bələdiyyə üzrə smetadan artıq xərcə yol verilməmişdir.
2013-cü ildə bələdiyyənin 20255 manat bağlanmamış (zərər) xərci olmuşdur.
2013-cü ildə cari dövründə gəlir və xərclərə dair rüblük məlumat və hesabatlar aidiyyatı olaraq Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Bakı şəhər Vergilər Departamentinə, Respublika Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentinə və Binəqədi Rayon Statistika İdarəsinə vaxtında vermişdir.
Qeyd etmək lazımdır ki, vaxtı-vaxtında ödəmələr aparıldığından bələdiyyənin 01.01.2014-cü il tarixə dövlət büdcəsinə vergi və məcburi sosial sığorta haqqı ödəmələri üzrə borcu yoxdur. Bununla da peniya və cərimə ödəmələri hallarının qarşısı alınmışdır.
M.Ə.Rəsulzadə bələdiyyəsinin icra aparatının əsas struktur bölməsi olan “Ümumi şöbə” bütün sənədlərlə bağlı işlərin vaxtında və keyfiyyətli icra edilməsinə çalışır. Şöbəyə daxil olan ərizə və müraciətlərin, daxil olan məktubların, çıxan məktubların, qərarların, əmrlərin və arayışların uçotu müvafiq qeydiyyat kitablarında aparılır. Daxil olan sənədlərin aidiyyəti üzrə bələdiyyənin daimi komissiya və şöbələrinə çatdırılması və nəzarətdə saxlanması diqqət mərkəzindədir. Qeydiyyatda olan bütün sənədlərin tam şəkildə saxlanılması təmin olunur. Öz növbəsində komissiya və şöbələr icraatlarında olan sənədlərin vaxtında cavablandırılmasına çalışır.
Bələdiyyə iclaslarının, daimi və başqa komissiyaların iclas protokollarının düzgün tərtib edilməsi, protokollaşdırılması vaxtlı – vaxtında həyata keçirilir.
2013-cü ildə bələdiyyənin 14 ümumi iclası keçirilmişdir. İclaslar protokollaşdırılmış və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən protokolların surətləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.
Ərizəçilərlə sıx təmasda olan bütün şöbələrin əməkdaşları bələdiyyə tərəfindən maddi yardım göstərilən aztəminatlı vətəndaşlara, xəstə, tənha, əlil və şəhid ailələrinə xüsusi diqqət yetirir, komissiyalarla birgə maddi yardım göstərilməsi ilə bağlı müvafiq sənədlərin tərtib olunmasında, vətəndaşların axtarıb tapılmasında, maddi yardımların onlara vaxtında çatdırılmasında müvafiq köməklik göstərirlər.
Bələdiyyənin yerləşdiyi inzibati binada daxili nizam-intizam qaydasının və eləcə də müraciət edən vətəndaşlarla işin nizama salınması məqsədilə nəzarət-buraxılış qaydası mövcuddur, qəbula gələnlərin qeydiyyatı aparılır. Bu müddət ərzində bələdiyyə sədrinin, sədr müavininin, daimi komissiya və şöbələrin qəbulunda müxtəlif məsələlərlə bağlı 418 vətəndaş qəbulda olmuşdur.
Beləliklə, 2013-cü il ərzində “Ümumi şöbə”yə cəmi 242 məktub, 538 ərizə və müraciət daxil olmuşdur.
Məktublardan 2-si Ali Məhkəmədən, 79-u 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən, 11-i Bakı Apellyasiya Məhkəməsindən, 30-u Binəqədi rayon Məhkəməsindən, 9-u Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən, 22-si Ədliyyə Nazirliyi Bakı şəhər Binəqədi rayon icra şöbəsindən, 1-i Salyan rayon icra bölməsindən 35-i Binəqədi Rayon İcra Hakimiyyətindən, 11-i 9 saylı Binəqədi İkinci Seçki Dairəsi Dairə Seçki Komissiyasından, 2-si Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsindən, 40-ı isə müxtəlif idarə, təşkilat və cəmiyyətlərdən daxil olmuşdur.
Bələdiyyəyə vətəndaşların müraciətləri ilə bağlı cəmi 538 ərizə və müraciət daxil olmuşdur. Müraciətlərdən 91-i Binəqədi Rayon İcra Hakimiyyətindən, 2-si Binəqədi rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyindən, 445-i isə şəxsən vətəndaşlardan bələdiyyəyə ünvanlanmış ərizələrdir.
Daxil olmuş ərizə və müraciətlərdən 88-i torpaq və ev məsələsi, 113-ü maddi yardım, 28-i işlə təmin olunma, 17-si kanalizasiya, məişət tullantısı, su, qaz, işıq məsələsi, 72-i bələdiyyənin vergi şöbəsində şəxsi hesab kodunun açılması, borcun silinməsi, qeydiyyat və s. bağli, 41-i reklam müqaviləsinin və icarə müqaviləsinin bağlanması, 44-ü asfalt və yol məsələsi, 135-i isə digər məsələlərdən ibarət olmuşdur.
Ərizə və müraciətlərə bələdiyyənin aidiyyəti komissiya və şöbələrində baxılaraq, müvafiq cavablar verilmişdir.
Maddi yardımla bağlı 103-ü müraciət, torpaq sahəsinin əvəzi üçün bələdiyyə büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə isə 1 müraciət bələdiyyə iclasında müzakirə olunmuş və müsbət həllini tapmışdır.
Tərəfimizdən Bələdiyyələrlə İş Mərkəzinə, Binəqədi RİH-nə, məhkəmə instansiyalarına, müxtəlif idarə və təşkilatlara və vətəndaşlara ümumilikdə 251 məktub göndərilmişdir.
Eyni zamanda vətəndaşların müraciətləri əsasında aidiyyəti üzrə təqdim etmək üçün 207 arayış verilmişdir.
Görülmüş işlərlə yanaşı bələdiyyəmizdə həlli vacib problemlər də mövcuddur.
Belə ki, bələdiyyəmizin 14 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq hələ özünün inzibati binasının olmaması
– Bəzi məhəllədaxili yolların asfaltlanmaması,
– Yeni yaşayış massivində kanalizasiya xəttinin olmaması
– Bələdiyyənin maliyyə əsaslarını təşkil edən əmlak və torpaq vergisinin toplanmasında əhalinin tam maarifləndirilməməsi kimi məsələlərin həlli də vacib məsələlərdəndir.
Hörmətli yığıncaq iştirakçıları!
Eyni zamanda bildirmək istəyirəm ki, 2014-cü il bələdiyyə seçkiləri ilidir.
Bələdiyyələr haqqında hər kəsin öz fikri olduğu kimi əslində hər bir ölkə də ayrı-ayrılıqda bu məsələyə özünəməxsus yanaşır.
Yerli idarəçəlik o zaman effektli olur ki, yerli təşəbbüslər çox olsun.
Bu mexanizmin təşəbbüskarları, qanunyaradıcıları həmin yerin əhalisidir. Əhalinin aktivlik dərəcəsi yüksək olarsa, onların işgörmə imkanları geniş olar. Bu sahədə də cənab Başçının rayon ərazisində və eləcə də qəsəbə ərazisində sakinlərlə mütəmadi görüşlər keçirilməsini, eyni zamanda birbaşa cənab başçının tapşırığı ilə qəsəbə icra nümayəndəsi və bələdiyyə sədrinin ayda qəsəbənin müxtəlif ünvanlarında sakinlərlə keçirdiyi görüşlər nəticəsində bir çox qlobal və sosial problemlərin həllinə nail olunmuş və bunun nəticəsi olaraq sakinlərin rayon rəhbərliyinə inam və etibarı artmışdır.
Cənab Başçı tapşırıq vermişdir ki, İH-nin müvafiq şöbəsi ilə yerli özünüidarəetmə institunun inkişaf səviyyəsinin, onlara verilən səlahiyyətlərin artırılmasının və maliyyə təminatının yüksəldilməsi üçün təklif və layihələrini hazırlasınlar. Bu sahədə də müvəffəqiyyətlər əldə etmişik.
Hesab edirəm ki, sakinlər bu şeçkilərdə də çox aktiv iştirak edəcək layiqli namizədlərə səs verməklə qəsəbəmizin inkişafına öz töhfələrinin vermiş olacaqlar.
Görülən işlərə və eləcədə həyata keçirilən tədbirlərə baxmayaraq, istər görülən işlərdə, istər sakinlərə göstərilən qayğıda, istərsədə müraciətlərə baxılmasında işimizi lazımı səviyyəsində qura bilməmişik,. Yekun olaraq qəsəbə sakinlərini əmin edirəm ki, M.Ə.Rəsulzadə bələdiyyəsi 2014-cü ildə qəsəbənin bütün sağlam qüvvələrini öz ətrafına toplayaraq, qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün bütün səy və bacarığını səfərbər edəcək və iş prosesini günün tələbləri səviyyəsində qurmağa çalışacaqdır.
Diqqətinizə görə çox sağ olun!
M.Ə.Rəsaulzadə bələdiyyəsini
Sədri: Hümbət Hüseynov
04.02.2014-cü il