01 noyabr 2017-ci il tarixində Avropa Şurasının Şərq Tərəfdaşlığı Ölkələrində Qadınların Siyasi Təmsilçiliyinə dair Regional Araşdırmanın təqdimatı keçirilib. Keçirilən təqdimatda Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş, Avropa İttifaqının Azərbaycandakı rəhbəri Kestutis Jankauskas, Milli Məclisin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, Milli Məclisin üzvü, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova , Ailə, qadın və uşaq məsələləri komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov və başqa qonaqlar iştirak edib. Tədbirdə Avropa Şurasının Şərq Tərəfdaşlığı Ölkələrində “Qadınların Siyasi Təmsilçiliyinə dair Regional Araşdırmanın” təqdimatı, Qadınların siyasi təmsilçiliyini artırmaq üçün mexanizimlər və cəmiyyətdə gender stereotiplərinin aradan qaldırılması mövzularında çıxışlar dinlənilib və mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsi Yerli Sosial məsələlər daimi komissiyasının sədri Günel Vahabzadə və ərazi ilk partiya təşkilatı üzrə Gənclər Birliyinin sədri Ayla İbrahimovada iştirak edib.

Home » Bələdiyyə xəbərləri » Avropa Şurasının Şərq Tərəfdaşlığı Ölkələrində Qadınların Siyasi Təmsilçiliyinə dair Regional Araşdırmanın təqdimatı keçirilib
