Home » Bələdiyyə xəbərləri » “Torpaq – əgər uğrunda ölən varsa Vətəndir” adlı aksiya keçirilib

“Torpaq – əgər uğrunda ölən varsa Vətəndir” adlı aksiya keçirilib

M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə ictimai-siyasi və təbliğat işinin təşkilinə dair tədbirlər planına uyğun olaraq “Torpaq – əgər uğrunda ölən varsa Vətəndir” adlı aksiya keçirilib. Keçirilən aksiyada ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə və qəsəbə gəncləri iştirak edib. Gənclər M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən şəhid abidələrini ziyarət edərək, onların ətrafını təmizləyib və şəhid abidələrinin qarşısına güllər düzüb.
Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, qoynunda boya- başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır.
Tarixin hansısa səhifəsini vərəqləyib bir xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur. Şəhidlərimiz Azərbaycanın hər bölgəsində and yeri kimi müqəddəslik qazanmış Şəhidlər xiyabanlarında əbədi məskən salmaqla gənclərimizə örnək olublar.
1 2 3 5 4