Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən məktəblərdə bu gün “son zəng”i qeyd edir. Qəsəbə ərazisində yerləşən 100 saylı və 143 saylı tam orta məktəblərdə keçirilən tədbirlərdə bələdiyyə üzvləri iştirak edib.
Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində YAP Binəqədi rayon təşkilatının təlimatçısı Natiq İsmayılov, M.Ə.Rəsulzadə bələdiyyəsi sədr müavini Ayət Nağıyev, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə, 100 saylı məktəbin direktoru Gülnarə Məmmədova və məktəblilər iştirak edib.
143 saylı tam orta məktəbdə keçirilən tədbirdə YAP Binəqədi rayon təşkilatının təlimatçısı Kənan Tağızadə, M.Ə.Rəsulzadə bələdiyyəsi sədr müavini Leyli Tahirova, 143 saylı məktəbin direktoru Elmar Həşimov və məktəblilər iştirak edib.
Tədbirlərdə çıxış edən natiqlər məzunları təbrik edərək, onlara öz xoş arzularını bildiriblər.
Çox vaxt işlətdiyimiz bir ifadə var “Məktəb illəri”. Bu illər sizlərə çox şey öyrədib; yaxşını pisdən ayırmağı, dünya görüşünüzü artırmağı , insanları tanımağı , ən əsası isə gələcəyin yararlı övladı olmaq üçün elm öyrədib. Bu gündən etibarən siz məzunlar məktəbdə oxuyan şagird yox, artıq müstəqil Azərbaycanın azad gənclərinə çevrilirsiniz. Arzu edirik ki məzunlarımız, məzun adından sonra tələbə adına layiq olsunlar.





