Home » Bələdiyyə xəbərləri » “Step İT Academy “-ya ekskursiyya təşkil edilib

“Step İT Academy “-ya ekskursiyya təşkil edilib

07 iyun 2017-ci il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə qəsəbə ərazisində yerləşən Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbin şagirdlərinin “Step İT Academy “-ya ekskursiyyası təşkil edilib. Ekskursiyada ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə, M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Ayla İbrahimova, 100 saylı məktəbin direktoru Gülnarə Məmmədova və məktəbin şagirdləri iştirak edib.
Akademiyanın marketinq meneceri “Step İT Academy”-nin fəaliyyəti, kompyuter proqramlaşdırılması, dizayn və şəbəkə işi haqqında məlumat verdi, həmçinin uşaqları informasiya texnologiyaları sahəsində uğur qazanmış, dünya şöhrətli alimlər və sahibkarlar haqqında təqdimatlarla tanış etdi.
Məktəblilər robot texnikası və kiçik kompyuter akademiyasının müəlliminin təqdimatını maraqla qarşıladılar.2 3 8

1