Binəqədi rayonu, Gənclər Evində “GƏNCLƏRİN İKT İNKİŞAFI MƏRKƏZİ” adlı layihə çərçivəsində “Media və Biz” adlı təlim keçirildi.
Keçirilən təlimdə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ASGA-nın sədri, 7news/az saytının rəhbəri Səbuhi Abbasov, AMEA-nın elmi işçisi, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu, BRİH-də təcrübə keçən ASAN könüllüləri, icra nümayəndələrinin, bələdiyyələrin və MKTB-nin adminləri, YAP-nın fəal gəncləri iştirak etdilər.
Təlimi açıq elan edən Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova tədbirin proqramı haqqında məlumat verərək Gənclər Evində bu cür təlimlərin mütəmadi keçirildiyini vurğulayıb.
Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova sosial şəbəkədə gənclərin rolundan danışıb və vurğulayıb ki, Binəqədi gəncləri bu sahədə aktivliyini qoruyub saxlayırlar. Natiq onu da qeyd edib ki, maarifləndirici təlimlər, seminarlar rayonda mütəmadi olaraq təşkil edilir və gənclərin media sahəsində maarifləndirilməsi istiqamətində işlər aparılır.
Sonra ASGA-nın sədri, 7news/az saytının rəhbəri Səbuhi Abbasov “GƏNCLƏRİN İKT İNKİŞAFI MƏRKƏZİ” adlı layihə çərçivəsində “Media və Biz” adlı təlimin keçirilməsi üçün rayon rəhbərliyinə təşəkkür edib və layihənin əhəmiyyəti haqqında gənclərə geniş məlumat veribdir.
Çıxışlardan sonra təlimdə iştirak edən və Binəqədi rayonunda sosial şəbəkələrdə aktiv olan bir qrupa gəncə Azərbaycan Slavyan Gənclərinin Assosiasiyası tərəfindən diplomlar təqdim edilibdir.
Mükafatlandırma mərasimindən sonra AMEA-nın elmi işçisi, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu rayonun sosial şəbəkədə aktiv olan gənclərinə “GƏNCLƏRİN İKT İNKİŞAFI MƏRKƏZİ” və “Media və Biz “ adlı təlim keçibdir. Təlim zamanı ekspert sosial şəbəkələrin əhəmiyyətindən, onlardan düzgün istifadə və təhlükəsizlik qaydalarından danışıbdır.
Təlim gənclərin mövzu əsasında müzakirəsi ilə yekunlaşıbdır
Home » Bələdiyyə xəbərləri » Binəqədi rayonu, Gənclər Evində “GƏNCLƏRİN İKT İNKİŞAFI MƏRKƏZİ” adlı layihə çərçivəsində “Media və Biz” adlı təlim keçirildi.


