10 may 2017-ci il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun iştirakı ilə qəsəbə ərazisində yerləşən Vahid Əzizov adına 30 saylı tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbirdə Vahid Əzizov adına 30 saylı tam orta məktəbin direktoru Səkinə Məmmədova, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli Sosial məsələlər daimi komisiyyasının sədri, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə, M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Ayla İbrahimova və məktəblilər iştirak edib.İlk öncə Ulu öndər Heydər Əliyevlə bağlı video çarx göstərilib, daha sonra məktəblilərin ifasında Ulu öndərə həsr edilmiş şeirlər, musiqilər və müxtəlif səhnəciklər göstərilib.Tədbirin sonunda çıxış edən M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova və 30 saylı məktəbin direktoru Səkinə Məmmədova çıxışlarında qeyd ediblər ki, Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu haqqında məktəblilərə məlumat verilərək qeyd olunub ki, Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

Home » Bələdiyyə xəbərləri » Vahid Əzizov adına 30 saylı tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə əlaqədar olaraq tədbir keçirilib.
