M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə qəsəbənin Biləcəri yolunda dəmiryolu körpüsünün yaxınlığında Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə iməclik keçirilib. Keçirilən iməclikdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri, bələdiyyədə praktika keçən tələbələr və bələdiyyə qulluqçuları iştirak edib. Əraziyə müxtəlif dekorativ gül kollarının əkilməsi və qazon örtüyünün salınması işləri həyata keçirilib.
Home » Bələdiyyə xəbərləri » Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə iməclik keçirilib



