Home » Bələdiyyə xəbərləri » Bələdiyyə sədri Beynəlxalq konfransda iştirak edib

Bələdiyyə sədri Beynəlxalq konfransda iştirak edib

Avropa Şurası Yerli və Regional Hakimyyətlər Konqresinin Belçikanın Eypen şəhərində təşkil olunmuş “Uğurlu ərazi islahatı” adlı konfrans başa çatıb. Bu barədə tədbirdə iştirak edən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib.
Tədbirdə yerli və regional səviyyədə korrupsiyanın qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməsi kontekstində müzakirələr aparılıb. Konqresin İdarə Komitəsinin üzvləri tərəfindən həmçinin “İctimai satınalmaların yerli və regional səviyyədə şəffaflaşdırılması” mövzusu rəsmi şəxslərə effektiv nəzarət mexanizmlərinə dair tövsiyyələri əhatə edir.
Konqresin 2017-ci ilin oktyabr ayında baş tutacaq 33-cü plenar sessiyasında baxılacaq və “Şəffaflıq və açıq hökümət”, “Yerli və regional səviyyələrdə maraqların konfliktləri” və “Avropanın kənd ərazilərində uğurlu gələcək” kimi mövzulara dair məruzələrin layihələri təsdiq olunub.
Belçikanın Eypen şəhərində təşkil edilmiş konfransda 100-ə yaxın siyasətçi, praktik və akademik ekspertlər iştirak ediblər.18358721_2024136164488095_6275126893265515868_o 18404195_2024136511154727_8947401792767155045_o18301170_2024136274488084_5967788108819747615_n