Home » Bələdiyyə xəbərləri » Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil edilib

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil edilib

 

18 aprel 2017-ci il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil edilib.
Ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, İctimai-humanitar sektorun müdiri Günel Vahabzadə, bələdiyyə üzvləri və qəsəbə ərazisində təhsil alan 99, 115 və 30 saylı məktəblərin şagirdləri iştirak edib.
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. Xalqın mənəvi xəzinəsinin, “mən”inin cəmləşdiyi bu maddiyyat insanlara ulu əcdadlarından danışır, milli özünüdərkin formalaşmasında mühüm rol oynayır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüş, bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində tarix və mədəniyyət abidələrini qorumaq hər bir vətəndaşın vəzifəsi kimi müəyyənləşdirilmişdir. 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda da tarixi abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi, mühafizəsi, qanunvericiliyin pozulmasına görə məsuliyyət öz əksini tapmışdır.
Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.
Azərbaycanın orta əsr memarlığının şah əsərlərindən biri olan Şirvan hökmdarlarının iqamətgahı – Şirvanşahlar Sarayı Kompleksi Bakının tarixi özəyi olan «İçəri şəhər»də dominant rol oynayır. Şirvanşahlar dövləti VI əsrin I yarısında Azərbaycanın şimali-şərq bölgəsində XVI əsrədək hökm sürmüş ən böyük feodal dövləti olmuşdur. Onun sərhədləri şimaldan Samur çayı, Dərbəndlə, şərqdən Xəzər dənizi, cənubdan Kür çayı, qərbdən isə Şəki, Gəncə ilə əhatələnmişdi.
Bu dövlətin güclü, qüdrətli, son dərəcə savadlı hökmdarları olmuşdur. Axsitan, Fəriburz, Şeyx İbrahim, Xəlilullah və digərləri görkəmli diplomat və dövlət başçıları olmaqla bərabər, həm də bacarıqlı sərkərdələrdi.
Ekskursiya zamanı məktəblilərə muzey haqqında muzey bələdçisi tərəfindən ətraflı məlumat verilib. Hal-hazırda saray kompleksinin ümumi sahəsi 0.7 ha-dır. Bütün Yaxın Şərqdə özünün analoquna malik olmayan bu kompleksdə 52 sayda otağı olan saray binası, hələ orta əsrlərdən xarici alim və səyahətçiləri valeh etmiş «Divanxana», ərəb dilində yazmış olduğu elmi əsərləri hazırda dünya kitabxana və muzeylərini bəzəyən XV əsr saray alimi Seyid Yəhya Bakuvinin türbəsi, «Şərq» portalı, gözəl memarlıq elementləri ilə diqqəti cəlb edən saray məscidi, şahın ailəsinə mənsub türbə, maraqlı şərq memarlıq xüsusiyyətlərini özündə daşıyan qədim saray hamamı, 34 sayda pilləsi olan büllur sulu yeraltı su anbarı – şah ovdanı vardır.17973629_2015394488695596_5949375919312622130_o17973642_2015394442028934_679892161829200490_o 17973487_2015394732028905_6365984099046813342_o 17917605_2015393535362358_3198124899446463561_o 17880716_2015393058695739_1389867662571981492_o

17880154_2015393125362399_1730570789460046860_o