Home » Bələdiyyə xəbərləri » “Bakıelektrikşəbəkə” ASC Yarımstansiya Muzeyinə ekskursiyası keçirilib

“Bakıelektrikşəbəkə” ASC Yarımstansiya Muzeyinə ekskursiyası keçirilib

1

 

 

01 mart 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə Bələdiyyəsinin ictimai-humanitar sektorununbirgə təşkilatçılığı ilə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki məktəblərin yuxarı sinif şagirdlərinin “Bakıelektrikşəbəkə” ASC Yarımstansiya Muzeyinə ekskursiyası keçirilib.Ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, ictimai-humanitar sektorun rəhbəri Günel Vahabzadə, bələdiyyə üzvləri, “Bakıelektrikşəbəkə” ASC Yarımstansiya Muzeyinin direktoru Pərisoltan Ramazanova, Rəsulzadə qəsəbəsi ərazisindəki məktəblərin yuxarı sinif şagirdləri, ASAN könüllüləri iştirak ediblər.Ekskursiyadan əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı Binəqədi Rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən ekskursiyanın mahiyyəti barədə məlumat verib. Natiq elektrik enerjisinin gündəlik həyatımızdakı önəmini vurğulayaraq bildirib ki, bu ekskursiyanın təşkilində məqsəd Azərbaycanda elektrik enerjisinin tarixi, Bakıda yüksək templə inkişaf edən neft sənayesini elektrik enerjisi ilə təmin etmək məqsədilə elektrik stansiyalarının inşası, ümumiyyətlə elektrik enerjisinin əldə edilməsi barədə şagirdlərə məlumatların çatdırılmasıdır.M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib ki, “Bakıelektrikşəbəkə” ASC Yarımstansiya Muzeyinə ekskursiya zamanı məktəblilər ölkəmizdə ilk dəfə olaraq yaradılan yarımstansiya-muzeyində evimizin işığının hansı tarixi mərhələləri keçərək formalaşması, hansı texniki proseslərdən sonra mənzillərimizi işıqlandırması ilə yaxından tanış olmaq mümkündür. Çıxışlardan sonra layihə iştirakçıları muzeylə tanış olublar, onlara əyani olaraq eksponatlar haqqında geniş məlumatlar verilib. “Bakıelektrikşəbəkə” ASC Yarımstansiya Muzeyinin direktoru Pərisoltan Ramazanova bildirib ki, respublikamızda ilk dəfə olaraq 1914-cü ildə Bakının Binəqədi rayonunda neft sənayesi ilə əlaqədar tikilmiş 20 kV-luq qapalı tipli yarımstansiya ilkin vəziyyətində bərpa olunaraq Yarımstansiya-muzey yaradılıb. “Bakıelektrikşəbəkənin” 80 illik yubileyi ərəfəsində araya-ərsəyə gətirilən bu muzey çeşidli və dolğun eksponatları ilə seçilir. Ən əsası isə gələcək nəsillər şəbəkənin tarixi və 2006-cı ildən bəri paylayıcı elektrik şəbəkəsi sahəsində vüsət götürən yenidənqurma tədbirləri barədə dolğun məlumat ala bilirlər. Bu yarımstansiya XX əsrin əvvəllərində Binəqədi rayonu ərazisində mövcud olmuş neft mədənlərini elektrik enerjisi ilə təchiz etmək məqsədilə tikilmişdi. Yarımstansiyanın binası ilkin vəziyyətdə olduğu kimi restavrasiya olunub, ərazidə xüsusi abadlıq işləri aparılıb. Açıq havada xüsusi avadanlıqlar üçün sahələr yaradılıb. Yarımstansiyanın ekspozisiyaları 100 il əvvəlki dövrün layihəsinə uyğun olaraq elektromontaj olunub.

Sonda şagirdləri maraqlandıran suallar muzeyin direktoru tərəfindən cavablandırılıb

ILK_1959 ILK_1949 ILK_1918 ILK_1900 ILK_1898 - копия ILK_1860 ILK_1841 ILK_1836 4