Home » Bələdiyyə xəbərləri » “Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklər”

“Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklər”

Binəqədi rayonunda “Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində məktəblilər arasında maarifləndirici tədbirlər davam edir. 25 noyabr 2016-cı il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsi “ictimai-humanitar” sektorun və “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə qəsəbənin 100 saylı məktəbində növbəti maarifləndirici görüş keçirildi. Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsi “ictimai-humanitar” sektorun müdiri Günel Vahabzadə, “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov, təşkilatın üzvləri, həkim-ekspert Solmaz Mirzəyeva və 100 saylı məktəbin XI sinif şagirdləri iştirak etmişdir.
QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən tədbirdə dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklər, Hepatit B, Hepatit C, İİV/QİÇS, Vərəm xəstəliklərinin əlamətləri, onlara yoluxma və onlardan qorunma yolları barədə ətarflı məlumat verildi.

15195973_1944154009152978_4024223439681846613_o

15137424_1944153965819649_2581393541553324428_o 15252539_1944153989152980_7076117082481173552_o