Home » Bələdiyyə xəbərləri » “Bayraq Milli Qürurumuzdur” adlı tədbir keçirilib

“Bayraq Milli Qürurumuzdur” adlı tədbir keçirilib

 

14991337_1935788443322868_1419228303677605247_o

08 noyabr 2016-cı il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsi “ictimai-humanitar” sektorun təşkilatçılığı ilə qəsəbənin 100 saylı tam orta məktəbində “Bayraq Milli Qürurumuzdur” adlı tədbir keçirilib. Tədbirdə 100 saylı məktəbin direktoru Gülnarə Məmmədova, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli Sosial Məsələlər daimi komisiyyasının sədri Günel Vahabzadə və bələdiyyə üzvləri iştirak etmişdir.
Tədbirdə çıxış edən 100 saylı məktəbin direktoru Gülnarə Məmmədova və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova Bayraq gününün mahiyyəti barədə danışaraq, milli mənəvi dəyərlərə sahib olmaqla yanaşı onları qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməyin vacibliyindən danışdılar.
Məktəbin 9-cu sinif şagirdlərinin iştirakı ilə “Öyrənək və Öyrədək” layihəsi çərçivəsində ibtidai sinif şagirdlərinə dövlət rəmzlərindən olan bayrağımız haqqında ətraflı məlumat verildi, şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmək üçün viktorina təşkil olundu, sualları cavabalandıran şagirdlər mükafatlandırıldı, şagirdlərin ifasında müxtəlif şeir və musiqi parçaları səsləndi, eyni zamanda ibtidai sinif şagirdlərinin ifasında “Bayraq” kompozisiyası təqdim olundu.

14976844_1935788786656167_1319701272689244793_o 14947697_1935788969989482_88532887584608292_n 14962613_1935788639989515_868888066387449458_n 15000154_1935788506656195_7008668910361714206_o 15000604_1935790903322622_487072152626789440_o 15003408_1935788606656185_618000106676280884_o 15025176_1935788669989512_712232885126805955_o