2016-cı il noyabrın 2-də M.Ə.Rəsulzadə bələdiyyəsində “Bələdiyyə-vətəndaş , vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” şüarı əsasında “açıq qapı” günü ilə əlaqədar görüş keçirildi. Görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək “Yerli Demokratiya həftəsi” barədə məlumat verdi. İlk dəfə Avropa ölkələrində “Yerli Demokratiya həftəsi” 2007-ci ilin oktyabrında İspaniyanın Valensiya şəhərində keçirilmiş Avropa Şurası Yerli və Regional Hakimiyyətlər üzrə məsul nazirlərin Konfransının qərarı ilə start götürmüşdür. Azərbaycanda ilk dəfə “Yerli Demokratiya həftəsi” Milli Assosiasiyaların tövsiyələri əsasında 2007-ci ilin noyabr ayında keçirilmişdir. “Yerli demokratiya həftəsi” yerli özünüidarəetmə qurumları olan bələdiyyələrin işində əhalinin bilavasitə iştirakının təmininə və genişləndirilməsinə təkan verən, onların fəaliyyətində şəffaflığın artırılmasına, demokratik prinsiplərin inkişaf etdirilməsinə səbəb olmuşdur. “Yerli Demokratiya həftəsi” üçün xüsusilə xarakterik “açıq qapı” günləri bizim bələdiyyə sistemində praktik olaraq bütün il boyu davam edir. Çünki bizim üçün hər şeydən yüksək və vacib olan insan amilidir. Vətəndaşları narahat edən problemlər elə bələdiyyələri narahat edən, bilavasitə bizim diqqət yetirməli, həll etməli olduğumuz məsələlərdir. Digər mühüm olan həm də odur ki, bələdiyyəyə üz tutub, pənah gətirənlərin əsas kontingenti yaşlı, imkansız, köməyə ehtiyacı olan adamlardır və biz onları hər zaman qəbul etməyə, qayğı göstərməyə borcluyuq.
Home » Bələdiyyə xəbərləri » “Bələdiyyə-vətəndaş , vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” şüarı əsasında “açıq qapı” günü ilə əlaqədar görüş keçirildi





