Home » Bələdiyyə xəbərləri » Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 31-ci sessiyasında iştirak etmişdir

Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 31-ci sessiyasında iştirak etmişdir

14856055_1931250723776640_6753876491172602410_oOktyabrın 19-21-də Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli və regional səviyyələrdə etik standartlar və şəffaflıq” mövzusuna həsr edilmiş 31-ci plenar sessiyası keçirilmişdir. Bu barədə Konqresin plenar iclasında iştirak edən Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə. Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat vermişdir.

Hümbət Hüseynov bildirdi ki, sessiya öz işinə başlamazdan öncə ilk olaraq 18 oktyabr tarixində Avropa Şurasında təmsil olunan partiyaların görüşü keçirilmişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri aid olduqları müvafiq partiyaların iclaslarında iştirak etmişlər. 31-ci sessiyasının 1-ci günündə, 19 oktyabr tarixində sözügedən tədbirin plenar iclası baş tutmuşdur. Qeyd olunan iclas zamanı Avropa Şurasının baş katibi Turbyorn Yaqland bəyanatla çıxış etmiş və bundan sonra ona ünvanlanan suallara cavab vermişdir.  Hümbət Hüseynov Konqresin 31-ci plenar sessiyasında yerli və regional səviyyələrdə Avropa Şurasının üzv ölkələri tərəfindən demokratiyaya dair sənədlər qəbul olunduğunu, həmçinin Konqresin prezidenti, idarə heyəti və komitələrin seçkilərinin baş tutduğunu bildirmişdir. Konqresin tarixində ilk dəfə prezident qadın Qudrun Mosler-Ternstrem seçilmişdir. O öz çıxışında Konqresin gedişində demokratiyanın möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının yerli və regional səviyyədə rolunu xüsusi vurğulamışdır.

Bələdiyyə sədri sonda qeyd etdi ki, Konqresdə yerli və regional səviyyələrdə  etik standartlar və korrupsiya, radikalizasiya ilə mübarizə, həmçinin seçki kampaniyalarının gedişində inzibati resurslardan sui-istifadə problemi və yerli və regional seçki nümayəndələrinin rolu və bir sıra məsələlər ətrafında müzakirələr aparılmış, eyni zamanda toplantıda Azərbaycan nümayəndə heyətinin üzvləri ayrı-ayrı mövzularla bağlı müzakirələrə qatılıb çıxışlar etmişlər.

Çıxışlar zamanı Azərbaycandan olan nümayəndələr 15 iyul 2016-cı il tarixində Türkiyədə uğursuzluqla nəticələnən çevrilişə cəhddən sonra dövlətin terrorizmə qarşı başladığı mübarizədə Türkiyə bələdiyyələrinin ön sıralarda olmasını, bu mübarizənin Türkiyə hakimiyyətinin və xalqının haqqı olduğunu və Azərbaycan bələdiyyələrinin də Türkiyənin bu haqlı mübarizəsində onun yanında olduğunu bildirmişdir.

14884524_1931250353776677_6669485010267391263_o 14657515_1931251073776605_5927511643468272664_n