Home » Bələdiyyə xəbərləri » Müstəqillik günü ilə əlaqədar “İstiqlal” muzeyinə ekskursiya təşkil olundu

Müstəqillik günü ilə əlaqədar “İstiqlal” muzeyinə ekskursiya təşkil olundu

M.Ə.Rəsulzadə bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə 18 oktyabr Müstəqillik günü ilə əlaqədar olaraq qəsəbə ərazisində yerləşən 99, 100, 143 saylı məktəblərin şagirdlərinin “İstiqlal” muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli Sosial Məsələlər daimi komisiyyasının sədri Günel Vahabzadə, bələdiyyə üzvləri, məktəblilər iştirak etmişdir.
Ekskursiya zamanı məktəblilər muzeydə ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizənin mərhələləri və mədəni-tarixi həyatındakı mühüm hadisələrlə yaxından tanış olmuşlar. Muzeyə daxil olarkən məktəblilərə Azərbaycanın 25 illik müstəqillik tarixini əks etdirən video-çarx nümayiş etdirilmişdir.
Muzeyin ekspozisiyası 6 zalda yerləşdirilib. 1-ci zalda Azərbaycanın dövlət rəmzləri – ölkəmizin üçrəngli bayrağı, Dövlət Gerbi, Dövlət himni və Dövlət Konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur, 2-ci zal XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə edir, 3-cü zalda Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatlarından – 1905-1911-ci illər Məşrutə hərəkatı, 1917-1920-ci illər Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1941-1945-ci illərdəki “21 Azər” hərəkatından (Seyid Cəfər Pişəvərinin başçılığı ilə) danışılır, 4-cü ekspozisiya zalı iki hissədən ibarətdir. Birinci hissəsi ötən əsrin 20-30-cu illərində Azərbaycanda repressiyaya məruz qalan görkəmli şəxsiyyətlər haqqında məlumat verir. Zalın digər bölməsi isə II Dünya müharibəsində (1939-1945) ölkəmizin qəhrəman oğul və qızlarının ön və arxa cəbhədə göstərdiyi şücaəti əks etdirir. Burada nümayiş olunan silah, partladılmış mərmi, çap maşını, Morze teleqraf aparatı, səhra telefonu xüsusi maraq doğurur, 5-ci zal Qarabağ hadisələrinə həsr olunub, 1993-cü il iyunun 15-də Heydər Əliyev Bakıya dəvət olunur və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Bu tarixdən başlayaraq ölkəmizin keçdiyi inkişaf yolu haqqında məlumatı muzeyin ziyarətçilərinə 6-cı zalda geniş məlumat verilir. Burada müstəqil Azərbaycanın dövlət və ordu quruculuğunu, xarici siyasətini, iqtisadiyyatını, Azərbaycanın tarixi üçün çox əhəmiyyətli olan “Əsrin müqaviləsi”nin (1994) bağlanması, ölkəmizin mədəniyyətini, beynəlxalq təşkilatlarda iştirakını əks etdirən fotoxronika nümayiş olunmaqla yanaşı, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyevin fəaliyyətini əks etdirən materiallar diqqəti cəlb edir.
Muzeylə tanışlıqdan sonra bələdiyyənin sədr müavini muzeylə bağlı öz təəsüratlarını xatirə kitabında qeyd edərək təşəkkürünü bildirdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Müstəqillik gününüz mübarək!

1 2 3 4 5 8 13 17 23 24 25img_9254