Home » Bələdiyyə xəbərləri » MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri ilə “Bələdiyyə” təşviqat qrupu arasında görüş keçirilmişdir

MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri ilə “Bələdiyyə” təşviqat qrupu arasında görüş keçirilmişdir

25 sentyabr 2016 – cı il tarixdə MDB Parlamentlərarası Assambleyasının müşahidəçi missiyasının üzvləri ilə “Bələdiyyə” təşviqat qrupu arasında görüş keçirilmişdir. Görüşdə “Bələdiyyə” təşviqat qrupunun rəhbəri Hümbət Hüseynov ilk öncə qonaqları Referendum üzrə “Bələdiyyə” təşviqat qrupu adından salamlayaraq Azərbaycanda belə bir missiyada iştiraka görə çox şad olduğunu bildirmiş, Referendum üzrə “Bələdiyyə” təşviqat qrupunun yaradılması və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir.

Ulu öndərin təşəbbüsü və müəllifliyi ilə yaradılmış konsitutsiyada  2002 və 2009 – cu illərdə edilən əlavə və dəyişikliklər barədə danışan Hümbət Hüseynov bildirmişdir ki,  26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda da məqsəd dövlətin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının güclənməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına nail olmaqdır.

Çıxışlarda ölkəmizdə aparılan  istər seçki, istərsə də,  referendum prosesinin izlənməsində MDB Parlamentlərarası Assambleyasının müşahidəçi missiyasının üzvlərinin xidmətləri xüsusi vurğulanmışdır.

Toplantı Referendum üzrə “Bələdiyyə” təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və qonaqların geniş müzakirələri ilə yekunlaşmışdır.dsc_1307dsc_1290 dsc_1299 dsc_1249 dsc_1247 dsc_1244