Home » Bələdiyyə xəbərləri » Ramazan Bayramı ilə əlaqədar M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan aztəminatlı ailələrə bayram sovqatı paylanıldı

Ramazan Bayramı ilə əlaqədar M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan aztəminatlı ailələrə bayram sovqatı paylanıldı

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Milli Məclisin deputatı Kamaləddin Qafarovun təşəbbüsü və dəstəyi ilə müqəddəs Ramazan Bayramı münasibətilə aztəminatlı seçicilərinə bayram sovqatı paylanıldı. Binəqədi rayon İcra Hakimiyyətinin, Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və millət vəkili Kamaləddin Qafarovun seçki qərargahının nümayəndələrinin iştirak etdiyi aksiyada Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 220 aztəminatlı ailəyə bayram sovqatı çatdırıldı.
Daha sonra aztəminatlı ailələrlə söhbət aparıldı. İslam dinində ən müqəddəs bayramlardan sayılan və hər il ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilən Ramazan Bayramı münasibətilə bütün ailələr ürəkdən təbrik edildi.

7649 7650 7651