Home » Bələdiyyə xəbərləri » M.Ə.Rəsulzadə Bələdiyyəsi şəhid ailələrinin evini ziyarət etdi

M.Ə.Rəsulzadə Bələdiyyəsi şəhid ailələrinin evini ziyarət etdi

 

13568761_1878844259017287_1564859274560762950_o

05 iyul 2016-cı il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsi Ramazan ayı ilə əlaqədar qəsəbə sakinlərini sevindirmişdir. Bələdiyyə tərəfindən mərhəmət və şəfqət ayı olan Ramazan ayında ehtiyacı olanları, qaçqın və məcburi köçkünləri, imkansız şəxsləri, ahıl və kimsəsizləri, şəhid ailələrini, Qarabağ müharibəsi iştirakçılarını və əlillərini əhatə edən “Paylaşmaq gözəldir” adlı aksiya həyata keçirilmişdir.
Bələdiyyə sədri Hümbət Hüseynov, eləcə də bir qrup bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının iştirakı ilə həyata keçirilən bu aksiya çərçivəsində bələdiyyədə yuxarıda qeyd olunan bir neçə imkansız qəsəbə sakini qəbul edilmiş, eyni zamanda bir qrup şəhid ailələri və kimsəsiz sakinlərin, o cümlədən, Milli Qəhrəman Fərhad Hümbətovun ailəsinin, şəhid Faiq Rüstəmovun ailəsinin, şəhid Sahib Hüseynovun ailəsinin evləri ziyarət edilmiş, onları narahat edən məsələlər müzakirə edilərək, təklif və arzuları dinlənilmişdir.
Görüşlərin yekununda bələdiyyə tərəfindən Ramazan ayı ilə əlaqədar hər bir ailəyə ərzaq sovqatı verilmişdir.

13568761_1878844259017287_1564859274560762950_o 13612223_1878844172350629_5056627465506688639_n 13603382_1878844372350609_775650102318395321_o 13613639_1878844459017267_5535818987581394035_o 13584815_1878844235683956_111691924794939007_o 13582056_1878844409017272_8431222994757821360_o