Ramazan ayı dinimizdə ən fəzilətli və müqəddəs bir aydır, ona görə də Ramazan ayına on bir ayın sultanı deyilmişdir. Min illərdən bəri qeyd edilən Ramazan bayramı dünya müsəlmanları üçün ən müqəddəs mərasimlərdən sayılır. Mərhəmət və şəfqət ayı olan Ramazanda kimsəsizlərə, ehtiyacı olanlara, qaçqın və köçkünlərə yardımçı olmaq, kasıb insanlara, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək Allaha xoş gedər. Bu müqəddəs ayda ifrata və israfçılığa yol vermədən ehtiyacı olanlar üçün iftar süfrəsinin açılması da orucumuzun Allah dərgahında qəbul olması üçün bir vəsilədir.
Əvvəlki illərdə olduğu kimi bu il də Ramazan Bayramı münasibətilə M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yaşayan ahıl və kimsəsizlər, qaçqınlar, məcburi köçkünlər, əlillər və digər imkansızlar üçün Z.Qəmbərov küçəsində yerləşən “Xeyir-şər” evində iftar süfrəsi təşkil edilmişdir.
Allah oruc və dualarınızı qəbul etsin!
