Home » Bələdiyyə xəbərləri » M.Ə.Rəsulzadə Bələdiyyəsində Novruz bayramı münasibətilə aztəminatlı vətəndaşlara bayram sovqatı paylandı

M.Ə.Rəsulzadə Bələdiyyəsində Novruz bayramı münasibətilə aztəminatlı vətəndaşlara bayram sovqatı paylandı

2

18 mart 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin və M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə millət vəkili Kəmaləddin Qafarovun qəsəbə sakinləri ilə görüşü keçirilmişdir.

M.Ə.Rəsulzadə Bələdiyyəsində təşkil olunan görüşdə Binəqədi rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov,  M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Qarabağ əlilləri, I qrup gözdən əlillər, müharibə veteranları, şəhid ailələri və aztəminatlı ailələr iştirak etmişlər.

Millət vəkili Kəmaləddin Qafarov qəsəbə sakinlərini Novruz Bayramı münasibəti ilə təbrik etmiş, Novruzun Azərbaycan xalqının ən əziz bayramı olduğunu bildirmişdir. Millət vəkili bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır.

Görüşdə Qarabağ əlilləri, I qrup gözdən əlillər, müharibə veteranları, şəhid ailələri və aztəminatlı ailələrə, ümumilikdə 120 nəfərdən çox vətəndaşa bayram sovqatı təqdim edilmiş, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslərə isə evlərində baş çəkilmiş, onlara bayram hədiyyəsi verilmişdir.

 

1 2 3 4 5