Home » Bələdiyyə xəbərləri » M.Ə.Rəsulzadə Bələdiyyəsində əhalinin məşğulluq səviyyəsinin artırılması ilə əlaqədar iclas keçirildi

M.Ə.Rəsulzadə Bələdiyyəsində əhalinin məşğulluq səviyyəsinin artırılması ilə əlaqədar iclas keçirildi

 Belediyye_logo

23 fevral 2016-cı il tarixdə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsində rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  fərman, sərəncam və çıxışlarında verdiyi tapşırıqların öyrənilməsi və təşviqi ilə əlaqədar iclas keçirilmişdir.

Binəqədi rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun rəhbərliyi ilə təşkil olunan iclasda Binəqədi Rayonu M.Ə.Rəsulzadə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin əməkdaşları və  M.Ə.Rəsulzadə Bələdiyyəsinin  bələdiyyə üzvləri və qulluqçuları iştirak etmişlər.

İclasda Prezidentin son dövrlərdə imzaladığı fərman və sərəncamlar, iqisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə söylədiyi çıxışı rəhbər tutularaq, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində iqtisadi durumun yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin işgüzar fəaliyyətinin və məşğulluq səviyyəsinin artırılması istiqamətlərində söhbət aparılmış, əhali arasında  maarifləndirmə işinin gücləndirilməsi tövsiyə olunmuşdur.