Home » Bələdiyyə xəbərləri » 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib

8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib

1
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib. Xalqımız ağsaqqal və ağbirçəklərə, elin və evin böyüklərinə hörməti ilə daim seçilib, bunu nəzərə alaraq M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq Kazımova Ziyafət Cavad qızını təbrik etmək üçün qəsəbə sakinin evində görüş keçirildi. Görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri iştirak edib.
Bələdiyyə sədri Hümbət Hüseynov qəsəbə sakinini təbrik edərək, ona xoş arzularını bildirdi. Natiq çıxışında qeyd edib ki, Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Qeyd edək ki, Kazımova Ziyafət Cavad qızı 1942-ci il 8 Mart tarixində anadan olub. O, Kənd Təsərrüfatı nazirliyində (1962-1997-ci illərdə) 35 il baş iqtisadçı vəzifəsində çalışıb, əmək veteranıdır.
2 3 6 8