BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.
Binəqədi rayonunda 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə qəsəbə sakini professor Babayev Adil Məhəmməd oğlu ziyarət edilmişdir.
Təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyənin “İctimai-humanitar” sektorunun rəhbəri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak etdilər.
Görüşün sonunda ahıllarla birgə xatirə fotosu çəkdirilmişdir.

Home » Bələdiyyə xəbərləri » 1 Oktyabr – Beynəlxalq Ahıllar Günüdür
