Home » Qəsəbə haqqında

Qəsəbə haqqında

M.Ə.Rəsulzadə qəsəbəsi Bakının qədim rayonlarından biri olan Binəqədi rayonunun inzibati mərkəzidir. Sovetlər dövründə qəsəbə Kirov qəsəbəsi adlanırdı, lakin sonradan M.Ə.Rəsulzadə qəsəbəsi adlandırılmışdır.

Qəsəbənin ərazisi 12 kv. km, əhalisi isə 57.000 nəfərdir. Bundan əlavə qəsəbə ərazisində 3250 nəfər məcburi köçkün məskunlaşmışdır.

İnzibati ərazisində 80-ə yaxın küçə, 3 yaşayış sahəsi (“Baksol”, “Xutor”, “Vorovski”), o cümlədən  12.445 ev təsərrüfatı mövcüddur.

Ulu öndər Heydər Əliyevin adını daşıyan Park və Məscid, Akademik Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzi və Park M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisində yerləşir.

Qəsəbə ərazisində 63 sənaye, nəqliyyat, tikinti, məişət və digər müəssisələr, bir sıra ictimai təşkilatlar və dövlət idarələri, o cümlədən   Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Polis İdarəsi, Dövlət Miqrasiya  Xidməti, Rayon Prokurorluğu və Rayon Məhkəməsi yerləşir.

  Qəsəbə ərazisində 5 ümumtəhsil məktəbi, 5 uşaq bağçası yerləşir. Həmin məktəblərdə  5951 şagird  təhsil alır. Uşaq bağçalarında isə 455 uşaq tərbiyə alır.

  Qəsəbə ərazisində 43 şəhid ailəsi, 130-dan artıq aztəminatlı ailə, Qarabağ  əlilləri və  Çernobıl əlilləri yaşayır.

M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən şəhid Ramiz Nazim oğlu Aboyev adına parkda onun büstü (heykəltəraş – Eldar Həsənov, 1996-cı ilin yanvar ayı),  M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən F.Hümbətov adına parkda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Qəmbər oğlu Hümbətovun büstü (heykəltəraş – Aydın Məmmədov, 2001-ci il) və s. mövcuddur.


Leave a comment

Your email address will not be published. Required fields are marked *