Home » Bələdiyyə xəbərləri » M.Ə.Rəsulzadə bələdiyyəsi Yerli Sosial məsələlər daimi komissiyasının sədri Günel Abdulla-zadə təltif olunub

M.Ə.Rəsulzadə bələdiyyəsi Yerli Sosial məsələlər daimi komissiyasının sədri Günel Abdulla-zadə təltif olunub

48994324_2365055337062841_5092514311658536960_oDekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclərin təltif edilməsi mərasimi keçirilib. Yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olan əlli istedadlı gənc AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi ilə təltif olunub. Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Eyni zamanda 2007-ci ilin ölkədə “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması, Bakıda gənclər siyasəti ilə bağlı birinci qlobal forumun və digər mühüm tədbirlərin keçirilməsi Prezident İlham Əliyevin gənclər siyasətinə nə qədər böyük önəm verdiyini ortaya qoyduğunu qeyd edib.
Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər. Bütün bunları nəzərə alaraq, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK İcraiyyə Komitəsi 2015-ci ildə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər üçün “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında qərar qəbul edib. Ötən ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 50 nəfər istedadlı gənc AHİK-in Fəxri Diplomu, Döş nişanı və Vəsiqəsi ilə təltif olunub. Seçilənlər peşəkar fəaliyyəti dövründə yüksək bacarıq və qabiliyyətlə fərqlənənlərdir. Keçirilən təltif etmə mərasimində M.Ə.Rəsulzadə bələdiyyəsi Yerli Sosial məsələlər daimi komissiyasının sədri Günel Abdulla-zadə də təltif olunub. Gəncimizi təbrik edir və fəaliyyətində uğurlar arzu edirik.

49029619_2365055040396204_4872878501708955648_o