Home » Bələdiyyə xəbərləri » “Elmi araşdırmalar və müasir texnologiyalar” adlı maarifləndirimə layihəsinə start verilib

 
 

“Elmi araşdırmalar və müasir texnologiyalar” adlı maarifləndirimə layihəsinə start verilib

 

M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə “Elmi araşdırmalar və müasir texnologiyalar” adlı maarifləndirimə layihəsinə start verilib. Layihənin “Təbiət və səmərəli texnologiya” mövzusunda ilk seminarı qəsəbə ərazisində yerləşən Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbdə keçirilib.
Keçirilən seminarda M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə, bələdiyyə üzvləri, “Düşünən İnsan” jurnalının redaksiya heyətini üzvləri – AMEA-nın Botanika İnstitutunun elmi işçisi Ceyhunə Cəfərova, təbiətşünas, təlimçi Savalan Məmmədli və 100 saylı tam orta məktəbin VIII-IX sinif şagirdləri iştirak edib.
İlk öncə qonaqları salamlayan M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova bildirib ki, layihənin məqsədi və şagirdlər üçün faydası gəncləri elmə həvəsləndirmək və onları maarifləndirmək, cəmiyyətimizdə yaşadığımız planet, ətraf mühit, canlılar və insan orqanizmi ilə bağlı bilikləri artırmaqdır. O qeyd etdi ki, müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri də misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş ulu öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. O, Elmlər Akademiyasına, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir.

Daha sonra çıxış edən təbiətşünas, təlimçi Savalan Məmmədli canlılardan ilham alınaraq bir çox texnoloji yeniliklər əldə edilməsi, su zanbağı bitkisinin xüsusiyyətləri əsasında çirklənməyən boya maddələrinin əldə edilməsi, bayquş qanadlarından səssiz qatarlar, qutu balığından aerodinamik avtomobil, yelkən balığından effektiv mühərrik, qekkon kərtənkələsindən robotlar, hörümçək ipəyindən quşları qoruyan şüşələr, termit yuvalarından ventilyasiya sistemləri və digər bir çox müasir texnologiyaların hazırlanması barədə məlumatlar verib.
Seminar ərzində slaydlar, video və şəkillər vasitəsilə bu texnoloji yeniliklərdən nümunələr təqdim edilib

IMG_0139 IMG_0120 IMG_0070 IMG_0024 IMG_0008

 

Comments are closed

Sorry, but you cannot leave a comment for this post.