Home » Bələdiyyə xəbərləri (Page 2)

Category Archives: Bələdiyyə xəbərləri

“Bələdiyyə institutunda gender bərabərliyinin qorunması: problemlər və perspektivlər”

45091059_2328168847418157_6076014165485420544_n

Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir”.

Qadın ülviyyətindən, qadın zərifliyindən, qadın sədaqətindən danışdıqda gözümüzün önünə, hər şeydən əvvəl, Anaları gətiririk. Bizim ünvanımız isə Azərbaycan anasıdır, Azərbaycan qadınıdır. O Azərbaycan qadını ki, bütün dövrlərdə cəmiyyətdə özünəməxsus yer tutub, tarixin ən çətin və həlledici anlarında öz sözünü deyib, şərəfli bir yol keçərək XXI əsrə qədəm qoyub. Üçüncü minillik isə qadının cəmiyyətdəki mövqeyini daha da gücləndirib. Bu, qadının böyük qüvvə olduğunu bir daha diktə edir.

Qadın hərəkatındakı fəallaşma, canlanma hamımızı sevindirir. İndi cəmiyyət həyatının bütün sahələrində aparıcı mövqeyə malik qadınlar öz bilik və bacarıqlarını dövlətimizin güclənməsinə, daha da çiçəklənməsinə sərf edirlər. Onların hərtərəfli fəaliyyəti üçün isə ölkəmizdə münbit şərait mövcuddur. Müasir Azərbaycan qadını öz soykökünə, öz xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, tarixi ənənələri qoruyan, onun keşiyində duran və bu gözəl ənənələri daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır. Öyünürük ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verib. Bu gün Azərbaycan qadını böyük qüvvədir. Xatırladım ki, 2018-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 960,1 min nəfərini qadınlar təşkil edir.

Respublikamızda qadın hərakatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır.

Qadınların real həyatda – hakimiyyət orqanlarında, seçkili orqanlarda təmsil olunmalarının dövlət tərəfindən stimullaşdırılması çox böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, ulu öndərimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün illərdə bu məsələyə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.

Qadınlara diqqət və qayğının nəticəsi olaraq, bu gün ölkəmizin ictimai-siyasi həyatında fəal olan Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2%-dir. Qanunvericilik orqanı, dövlət idarəetmə sistemi, elmi-tədqiqat müəssisələri, təhsil-səhiyyə sahəsində xüsusu xidmətləri olan qadınlarımızın elmin inkişafında da müstəsna rolu var. Bildiyimiz kimi, elmi işçilərin 56,0 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,5 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır.

Milli Məclisdə qadın millət vəkillərinin sayı da ötən seçkilərə nisbətdə artaraq 16,1%-ə çatıb. Parlament sədrinin 3 müavinindən 1-i, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi, İnsan Hüquqları üzrə müvəkkil, 3 nazir müavini, Konstitusiya Məhkəməsinin sədr müavini və 1 hakim, o cümlədən 52 hakim, 36 rayon icra Hakimiyyəti başçısının müavini qadındır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sədr müavini və Ombudsmanı da qadındır.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 65,7 faizi

qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi

qızlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 41,7 faizi qadınlardır. Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2017-ci ildə 6,7 faizədək artıb.

Son illərdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrdə də təmsil olunan qadınların sayı artıb. Müqayisə üçün qeyd edə bilərəm ki, 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində qadınların iştirakı çox zəif olsa da, seçkidən-seçkiyə bələdiyyələrdə onların mövqeyi möhkəmləməyə doğru irəliləyib. Belə ki, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% idisə, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində 26,5% bələdiyyə üzvü qadın seçilib. 2014-cü ildə isə bu rəqəm artaraq, bələdiyyə üzvü qadınların sayı 35 %-i təşkil edib. Eyni zamanda, bələdiyyələrə rəhbərlik edən qadın sədrlərin sayı da artıb. Qeyd etmək lazımdır ki, bələdiyyə qulluqçuları sırasında da təmsil olunan qadınların sayı müvafiq olaraq ildən-ilə artmaqdadır.

Qadınların siyasi sahədə əldə etdiyi uğurlar son dərəcədə diqqətçəkəndir və bu, həm dövlətin göstərdiyi diqqət və qayğının nəticəsidir, həm də cəmiyyətdə mövcud olan nümunələrin, örnəklərin meydana gətirdiyi reallıqdır.

Şübhəsizdir ki, Azərbaycan qadınları daha çox sosial sferada təmsil olunurlar. Həmçinin ölkəmizdə kifayət qədər ictimai təşkilatlar, QHT-lər fəaliyyət göstərir ki, onların bir çoxu qadın təşkilatlarıdır. Eyni zamanda birbaşa qadınlar tərəfindən təsis olunan qurumlar da mövcuddur ki, onlar cəmiyyətdəki bəzi sosial problemlərin həlli ilə məşğuldurlar. Məhz ictimai sahədə qadınların cəmləşməsi özlüyündə onların siyasi həyata hazırlanmasında bir məktəb rolunu oynayır. Bu mənada həyatımızın elə bir sahəsi yoxdur ki, qadınlar orada özlərini sınaqdan çıxarmasınlar. Hazırda qadınlarımız əvvəllər

onlar üçün münasib sayılmayan sahələrdə – hüquq-mühafizə orqanlarında, hərbi hissələrdə, yol polisi idarələrində də çalışırlar və qeyd etdiyim orqanlarda qadınların sayı əhəmiyyətli dərəcədə artmaqdadır.

İnsan haqlarının ali dəyər kimi qəbul edildiyi bütün demokratik dövlətlərdə qadın hüquq və azadlıqlarının təmini, gender bərabərliyinin qorunub-saxlanılması məsələlərinə daim xüsusi həssaslıqla, diqqətlə yanaşılır. Sağlam cəmiyyətin sütunu, bünövrəsi sayılan qadınlar fəal sosial zümrə kimi bu gün təkcə mənsub olduqları xalqlara deyil, ümumən bəşəriyyətə xas yüksək idealları, ali dəyər və keyfiyyətləri özlərinin zəngin mənəvi dünyalarında yaşadırlar. İnsanlığın daim can atdığı sülh, sabitlik, tərəqqi və firavanlıq kimi məqsədlər naminə uzun əsrlər boyu kişilərlə çiyin-çiyinə çalışan, ən çətin anlarda onlara mənəvi dayaq olan qadınlar taleyin sərt qismətindən tarixən həm də öz təbii və qazanılmış hüquqları uğrunda mübarizə aparmalı olmuşlar.

Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.

Hümbət Hüseynov

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri,

M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri

M.Ə.Rəsulzadə Bələdiyyəsində Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində bələdiyyə üzvləri və bələdiyyənin şöbə müdirlərinin iştirakı ilə iclas keçirilib, tədbirlər Planı müzakirə edilib

M.Ə.Rəsulzadə Bələdiyyəsində Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində bələdiyyə üzvləri və bələdiyyənin şöbə müdirlərinin iştirakı ilə iclas keçirilib, tədbirlər Planı müzakirə edilib.
İclasda bələdiyyədə Yerli Demokratiya Həftəsi ərzində (15-21 oktyabr 2018-ci il tarixlərində) “Açıq qapı” günləri elan olunub, “qaynar xətt” (012-412-28-74) açılıb. Bələdiyyə tərəfindən ərazidə oktyabr ayının 21-dək seçicilərin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyələrin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə operativ və əsaslı baxılması və digər bu kimi mühüm məsələləri özündə birləşdirən aksiya çərçivəsində seçicilərlə açıq və qapalı məkanlarda görüşlərin keçirilməsi və bu kimi çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.44257043_2320075488227493_4802695892823965696_o 44349847_2320075511560824_3729189059369631744_o

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə bələdiyyənin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib

BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.
Binəqədi rayonunda 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib.
Bizdə öz növbəmizdə M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq qəsəbədə yaşayan ahilları evlərində ziyarət etdik.
Təşkil olunan ziyarətdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələlər daimi komisiyasının sədri Günel Abdulla-zadə iştirak edib.
Evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilmiş, onlara bayram münasibətilə sovqat təqdim edilib və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunublar.
Ahıllar onlarla təşkil edilən bu görüşün əhəmiyyətindən danışmış və belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırıblar. Ahıl şəxslər işlədikləri illərlə bağlı öz xatirələrini bölüşmüş, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildiriblər.
Səmimi söhbət zamanı ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirmiş, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.42922223_2310650999169942_8262867317671591936_n42831102_2310651012503274_8403669702982762496_n 42833625_2310651109169931_2686538160027992064_n 42919103_2310651072503268_440574674322063360_n

“Son zəng” tədbiri keçirilmişdir

14 İyun tarixində 2017-2018-ci tədris ilinin başa çatması münasibəti ilə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən məktəblərdə. Qəsəbənin 143 saylı tam orta məktəbində keçirilən tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və 100 saylı tam orta məktəbdəki tədbirdə sədr müavini Ayət Nağıyev iştirak edib. Məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edilib.

1 2 3

Ramazan bayramı münasibətilə bayram sovqatları paylanılmışdır.

14 iyun 2018-ci il tarixində Müsəlman dünyasının əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı münasibətilə M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yaşayan Qarabağ əlilləri, qaçqın, məcburi köçkünlərə, şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanılmışdır.1 2 3 4 5 6 7

M.Ə.Rəsulzadə bələdiyyəsi hər zaman sakinlərini diqqətdə saxlayır

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq hər zaman sakinlərimizin problemlərini dinləmək, onların qayğıları ilə maraqlanmaq işimizin əsas meyarıdır. Qəsəbənin yaşlı, tənha, imkansız və s. bütün təbəqədən olan sakinlərinin yanında olduğumuzu hər zaman hiss etdirməyə çalışırıq. Evlərinə baş çəkib, onlarla yaxından tanış olub, səmimi söhbət aparmağa çalışırıq.IMG_0031 2

1

“Elmi araşdırmalar və müasir texnologiyalar” adlı maarifləndirimə layihəsinə start verilib

M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə “Elmi araşdırmalar və müasir texnologiyalar” adlı maarifləndirimə layihəsinə start verilib. Layihənin “Təbiət və səmərəli texnologiya” mövzusunda ilk seminarı qəsəbə ərazisində yerləşən Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbdə keçirilib.
Keçirilən seminarda M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə, bələdiyyə üzvləri, “Düşünən İnsan” jurnalının redaksiya heyətini üzvləri – AMEA-nın Botanika İnstitutunun elmi işçisi Ceyhunə Cəfərova, təbiətşünas, təlimçi Savalan Məmmədli və 100 saylı tam orta məktəbin VIII-IX sinif şagirdləri iştirak edib.
İlk öncə qonaqları salamlayan M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova bildirib ki, layihənin məqsədi və şagirdlər üçün faydası gəncləri elmə həvəsləndirmək və onları maarifləndirmək, cəmiyyətimizdə yaşadığımız planet, ətraf mühit, canlılar və insan orqanizmi ilə bağlı bilikləri artırmaqdır. O qeyd etdi ki, müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri də misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş ulu öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. O, Elmlər Akademiyasına, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir.

Daha sonra çıxış edən təbiətşünas, təlimçi Savalan Məmmədli canlılardan ilham alınaraq bir çox texnoloji yeniliklər əldə edilməsi, su zanbağı bitkisinin xüsusiyyətləri əsasında çirklənməyən boya maddələrinin əldə edilməsi, bayquş qanadlarından səssiz qatarlar, qutu balığından aerodinamik avtomobil, yelkən balığından effektiv mühərrik, qekkon kərtənkələsindən robotlar, hörümçək ipəyindən quşları qoruyan şüşələr, termit yuvalarından ventilyasiya sistemləri və digər bir çox müasir texnologiyaların hazırlanması barədə məlumatlar verib.
Seminar ərzində slaydlar, video və şəkillər vasitəsilə bu texnoloji yeniliklərdən nümunələr təqdim edilib

IMG_0139 IMG_0120 IMG_0070 IMG_0024 IMG_0008

 

Rumıniyanın Kovasna şəhərində “Yerli və regional hakimiyyətlər tərəfindən dillərin istifadəsi”nə həsr olunmuş konfrans keçirilib

May ayının 30-dan 31-dək Rumıniyanın Kovasna şəhərində Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin təşkilatçılığı ilə konfrans keçirilir. Bu barədə tədbirdə iştirak edən Azərbaycanın Yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri,  M.Ə.Rəsulzadə  bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib. Hümbət Hüseynov bildirib ki, Yerli və regional hakimiyyətlər konqresinin İdarə Heyətinin təşkil etdiyi konfrans dillərin istifadəsinə dair müxtəlif aspektlərə həsr olunacaq 4 tematik sessiyadan ibarətdir:

–         yerli və regional assambleyalarda dillərin istifadəsi

–         vətəndaşların və ərazi administrasiyasının birgə iştirakçılığı sahəsində dillərin istifadəsi

–         coğrafi adlarda dillərin istifadəsi

–         dövlət xidmətlərinin göstərilməsində bərabər hüququn təmin edilməsi məqsədilə dillərin istifadəsi.

Konfransa Konqresin sədri Gudrun Mosler-Ternstrem, Ruminiya parlamentinin üzvü və sabiq Mədəniyyət naziri, həmçinin Rumıniya Macarların Demokratik İttifaqının sədri Xunor Kelemen, Kovasna Regional Şurasının sədri Sandor Tamas və Sfıntu Georgenin meri Arpad Andras Antalın çıxışları ilə start veriləcək.

Tədbir Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyasının 20-ci ildönümü ilə əlaqədar, həmçinin Konqresin “Yerli və regional hakimiyyətləri tərəfindən dillərin istifadəsi”nə dair hesabatın hazırlanması çərçivəsində təşkil olunur.

32 1 5

143 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

24 may 2018-ci il tarixdə 143 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə, 143 saylı tam orta məktəbin direktoru Elmar Həşimov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, məktəblilər və müəllim kollektivi iştirak edib.
İştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib, məktəbin şagirdlərinin ifasında mahnı və şerlərdən ibarət kompozisiyalar səsləndirilib. Kompozisiyalarda Cümhuriyyət tarixinin bütün anları, Cümhuriyyətə münasibət şeir parçaları, mahnılar və nəsr parçaları ilə əks etdirilib..
Tədbirdə çıxış edən M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalaması və bu ilin “Cumhuriyyət ili” olmasını ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edəcəyini vurğulayaraq, tədbirin hazırlanmasında əməyi olan hər bir kəsə təşəkkürlərini bildirdi.1 20180524_1340553

52

Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq qəsəbə ərazisində yerləşən məktəblərin şagirdlərinin Kənd Təsərrüfatı Muzeyinə ekskursiyası təşkil edilib

M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq qəsəbə ərazisində yerləşən məktəblərin şagirdlərinin Kənd Təsərrüfatı Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyada M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun müdiri Günel Abdulla-zadə, bələdiyyə üzvləri və qəsəbə ərazisində yerləşən 100, 99, 143 saylı tam orta məktəblərin şagirdləri iştirak edib.Muzey bələdçisi şagirdlərə ətraflı məlumat verərək, bildirmişdir ki, Muzey 1924-cü ildə yaradılıb. Muzeydə Azərbaycanın kənd təsərrüfatı və kənd sakinlərinin iş və məişət şəraitini əks etdirən 15 mindən çox maraqlı eksponat yerləşdirilib. Burada Qobustan qoruğunun maketi, İpək yolu xəritəsi, müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı bölgələrində istifadə edilən kənd təsərrüfatı alətləri, XVIII-XIX əsrə aid insanların məişətini və təsərrüfat həyatını əks etdirən eksponatlar nümayiş olunur. Muzeydə müxtəlif bölmələr də var. Bu bölmələr maraqlı eksponatlarla zəngin olmaqla yanaşı, ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrinin zəngin tarixindən, onların inkişaf mərhələsindən xəbər verir, xalqımızın bu sahədə də zəngin ənənələrə malik olduğunu nümayiş etdirir.Yarandığı gündən muzeyin ekspozisiyası və fondu ardıcıl olaraq təzələnir və respublika kənd təsərrüfatının müasir vəziyyətini, tarixi inkişafını əks etdirən yeni-yeni materiallarla, eksponatlarla zənginləşir. Muzeydə Azərbaycanın kənd təsərrüfatının demək olar ki, bütün sahələri öz əksini tapmışdır. Hazırda ekspozisiya 500 m2 sahəni əhatə edir. Muzey zəngin fonda və müasir standartlara uyğun tərtib olunmuş gözəl ekspozisiyaya malikdir. Ekskursiya şagirdlərdə xoş təəssürat yaradıb və fotolar çəkilib

1 4 7 8 11