Home » Bələdiyyə xəbərləri (Page 13)

Category Archives: Bələdiyyə xəbərləri

M.Ə.Rəsulzadə Bələdiyyəsində əhalinin məşğulluq səviyyəsinin artırılması ilə əlaqədar iclas keçirildi

  23 fevral 2016-cı il tarixdə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsində rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  fərman, sərəncam və çıxışlarında verdiyi tapşırıqların öyrənilməsi və təşviqi ilə əlaqədar iclas keçirilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun rəhbərliyi ilə təşkil olunan […]

Continue Reading →

İki bələdiyyə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim təşkil etdi

  Binəqədi rayon bələdiyyəsi və Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilmişdir. Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birlikdə təşkil edilen təlim kursunda hər iki bələdiyyənin üzvləri ve bələdiyyə qulluqçuları iştirak etmişdirlər. Təlim çərçivəsində sakinlərlə münasibətlərin qurulmasında, vətəndaş qəbulunun həyata keçirilməsi prossesində yaranan mövcud qaydalara əməl edilməsi haqqında geniş məlumat […]

Continue Reading →

“Parlamentdə bir gün” layihəsi çərçivəsində Milli Məclisdə görüş keçirilib

“Parlamentdə bir gün” layihəsi çərçivəsində Milli Məclisdə növbəti görüş fevralın 12-də Binəqədi rayon bələdiyyələrini təmsil edən nümayəndələrlə keçirilib. Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova bu gün parlamentdə bələdiyyələrin illik fəaliyyətinə dair hesabatın dinlənildiyini xatırladıb. Bu hesabatın hər il dinlənildiyini deyən Bahar Muradova bildirib ki, son 10 ildə Milli Məclis ictimai müzakirələri, dinləmələri vətəndaşlara açıq […]

Continue Reading →

Bələdiyyələrin vətəndaşlarla daha sıx təmasda olmaları vacibdir

  Azərbaycan bələdiyyələrinin 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş konfransı keçirilib   Fevralın 6-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan bələdiyyələrinin 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş konfransı keçirilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin regional məsələlər […]

Continue Reading →

Bələdiyyələrə yeni səlahiyyətlər verilə bilər

Azərbaycanda bələdiyyələrə yeni səlahiyyətlər verilə bilər. Trend-in məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə bildirib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra mühüm işlər görüləcək: “Keçən ildən bələdiyyələrin vergiləri və ödənişləri nağdsız halda almaq məsələsi qanunvericilikdə öz əksini tapıb, bu müsbət məsələ olsa da onun icrasında müəyyən […]

Continue Reading →

Binəqədi bələdiyyələri Gədəbəy və Şəmkir bələdiyyələri ilə protokol imzadı

  Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Binəqədi rayon bələdiyyələri Gədəbəy və Şəmkir rayonlarına səfər etmişlər. Səfərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva iştirak etmişlər. Səfər çərçivəsində əvvəlcə Gədəbəy rayonun təşkil etdiyi kənd təsərrüfatı məhsullarının […]

Continue Reading →

M.Ə.Rəsulzadə Bələdiyyəsi 2015-ci ildəki fəaliyyətlərinə dair hesabat yığıncağı keçirdi

  26 yanvar 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Rəsulzadə bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətlərinə dair hesabat yığıncağı keçirildi. Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov,  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, dövlət idarə, müəssisə və […]

Continue Reading →

Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin 2016-cı il üçün YERLİ BÜDCƏ LAYİHƏSİ

     Hər bir ölkədə demokratik cəmiyyət quruculuğunun mühüm əlamətlərindən biri  də güclü və səmərəli yerli özünüidarəetmə qurumlarının formalaşmasıdır.  Yerli özünüidarəetmə institunun inkişaf səviyyəsi onlara verilən səlahiyyətlərdən  və onlara  maliyyə təminatı səviyyəsindən birbaşa asılıdır. Belə ki, bələdiyyənin maliyyəsi-­büdcə gəlirləri əsasən fiziki  şəxslərdən  torpaq və əmlak vergisi, torpaq icarə haqqı, qanunvericiliyə uyğun olaraq bələdiyyə torpaqlarının özəlləşdirilməsindən […]

Continue Reading →

Prezident Adminstrasiyasında yeni təyinat

Prezident Adminstrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş bölməsinin müdiri vəzifəsinə Emin Eyvazov təyin edilib. Qeyd edək ki, bu gün ilk dəfə olaraq  E.Eyvazov Milli Məclisin Regional Məsələlər Komitəsinin toplantısına da qatılıb. Xatırladaq ki, bundan əvvəl həmin vəzifəni Kamran Bayramov icra edirdi. Cari ildə Milli Məclisə keçirlən seçiklərdə YAP-ın siyahısı ilə […]

Continue Reading →

Bələdiyyələrlə bağlı iki qanun layihəsi Milli Məclisdə müzakirə olundu

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin ilk iclası keçirilib. Komitə sədri Arif Rəhimzadənin sədrliyi ilə keçirilən iclasda “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” və “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri müzakirə olunub. İclasda bildirilib ki, Azərbaycanda bələdiyyə qulluğu ilə bağlı qadağaların əhatə dairəsinin genişləndirilməsi təklif edilir. […]

Continue Reading →