Home » Fəaliyyətlərimiz (Page 14)
Category Archives: Fəaliyyətlərimiz
M.Ə.Rəsulzadə Bələdiyyəsi “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində bir sıra tədbirlər həyata keçirib
M.Ə.Rəsulzadə bələdiyyəsi 2015-ci ilin oktyabrın 12-dən 18-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində bir sıra tədbirlər həyata keçirib. Həftə ilə əlaqədar bələdiyyədə “Açıq qapı” günləri təşkil olunmuşdur, vətəndaşların bələdiyyə ilə sıx əlaqələrinin qurulması məqsədilə “qaynar telefon xətti” (Tel: 012 412 28 74) təşkil olunub. Açıq qapı günlərində M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, sədr müavinləri, həmçinin bələdiyyənin şöbə […]
M.Ə.Rəsulzadə Bələdiyyəsi Dövlət Müstəqilliyi günü ilə əlaqədar məktəblilər üçün “Şəhər turu” təşkil etdi
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə əlaqədar 15 oktyabr 2015-ci il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən 30, 99, 100, 115, 143 saylı tam orta məktəblərin 7-8-ci sinif şagirdləri üçün Bakı şəhərinin mədəni irsinin təbliğ olunması məqsədilə “Şəhər turu” təşkil olunmuşdur. “Şəhər turu”nda M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial […]
Hümbət Hüseynov: “İqtisadi potensialın gücləndirilməsi üçün bələdiyyə mülkiyyətinə və maliyyə imkanlarına mühüm önəm verilməlidir”
Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Binəqədi rayonundakı Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov “Xalq” qəzetinə müsahibə verib. Hümbət Hüseynov söhbətə bələdiyyələrin seçicilərlə münasibətlərin necə qurulmasından, bu istiqamətdə görülən işlərdən başladı. O dedi: – Bələdiyyələr seçkili orqan olaraq, ildə iki dəfə seçicilər qarşısında hesabat verir, sakinləri görülən işlər barədə məlumatlandırır, gələcək fəaliyyət planlarını açıqlayırlar. Mətbuatın, kütləvi […]
Qadın bələdiyyə üzvləri regional seminarda iştirak edib
15-16 sentyabr 2015-ci il tarixində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən Tiflis şəhərində qadın bələdiyyə üzvləri üçün “Yerli özünüidarəetmədə layihələrin idarəedilməsi” mövzusunda regional seminar keçirilmişdir. Seminarda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda Yerli özünüidarəetmə layihəsinin rəhbəri Petra Stremplant, Avropanın Siyasət və Biznes Qadınları Universitetinin baş məsləhətçisi Manuella Möller qadınların cəmiyyətdə və siyasətdə iştirakçılığından danışmış, seminarın […]
YAP Binəqədi Rayon Təşkilatı və Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Rəsulzadə qəsəbə gəncləri ilə görüş keçirildi
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Rəsulzadə qəsəbə gəncləri ilə görüş keçirildi. Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, YAP Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Rəsulzadə qəsəbə […]
M.Ə.Rəsulzadə qəsəbəsində yeni piyada keçidi sakinlərin istifadəsinə verildi
Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən bəzi küçə və prospektlərdə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə Həsrət Ağamalıyev küçəsinin kəsişməsində, 6 hərəkət zolaqlı yol üzərindən yeni müasir yerüstü piyada […]
Binəqədi bələdiyyələri ilk dəfə mətbuat qarşısında hesabat verdilər
23 iyul 2015-ci il tarixdə Binəqədi rayonu bələdiyyələri tərəfindən Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə “Bələdiyyə-mətbuat əməkdaşlığı: yeni mərhələ və hesabatlılıq” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Xocasən Bələdiyyəsinin […]
Binəqədi rayonunun bələdiyyələri “DAYAQ” Mentorluq Proqramında layiqincə təmsil olundu
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Yerli Özünü İdarəetmə Proqramı tərəfindən “DAYAQ” Mentorluq layihəsi çərçivəsində 05-07 iyun 2015-ci il tarixdə Şəki şəhərində Yay məktəbi təşkil olundu. Yay məktəbində bələdiyyələrdə təmsil olunan 40-a yaxın qadın bələdiyyə üzvü iştirak etdi. Bu təlimlərdə Binəqədi rayonunu Binəqədi rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı və sədr müavini Firəngiz Qayayeva, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri […]
M.Ə.Rəsulzadə Bələdiyyəsi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə məktəblilər üçün tədbirlər təşkil etmişdir
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən 143 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri üçün ayrı-ayrı tədbirlər təşkil edilmişdir. Tədbirlərdə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələləri daimi komissiyasının sədri Jalə Tofiqqızı, Yerli ekologiya məsələləri daimi komissiyasının sədri Şaiq Qəhrəmanov, Hüquq məsələləri daimi komissiyasının üzvü […]
M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə məktəblilər Azərbaycan Diplomatik Akademiyası ilə tanış oldular
18 may 2015-ci il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbə ərazisində yerləşən 30 və 143 saylı tam orta məktəblərin yuxarı sinif şagirdlərinin Azərbaycan Diplomatik Akademiyası ilə tanışlıq görüşü keçirilmişdir. Görüş M.Ə.Rəsulzadə Bələdiyyəsinin 2015-ci il Fəaliyyət Planına uyğun olaraq, gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə həyata keçirilmişdir. Görüşdə M.Ə.Rəsulzadə […]