01 aprel 2026-cı il tarixində Binəqədi rayonunda rayon ictimaiyyəti tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun ailə üzvləri ziyarət olundu və rayon ərazisində yerləşən parkda büstü qarşısında əziz xatirəsinə həsr olunmuş tədbir təşkil edildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, şəhidin anası Salatın Hümbətova, ailə üzvləri, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Hacı Məmmədov, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin, Rəsulzadə qəsəbə bələdiyyəsinin, 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin, İctimai Birliklərin rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətov haqqında söhbət açaraq birinci Qarabağ müharibəsi zamanı qəhrəman oğulların başlatdığı mübarizə yolunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaətinin, xalqımızın birliyinin nəticəsində tarixi Qələbə ilə nəticələndiyini qeyd etdi. Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində əbədi qürur səhifəsi kimi qalacaqdır.
Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov ilə bağlı xatirələrini bölüşən anası-Salatın ana şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
Daha sonra Binəqədi rayon ərazisində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun adını daşıdığı parkda yerləşən parkda şəhidin büstü qarşısında əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi,
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirərək qeyd etdi ki, şəhidlərimizin hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimizdir. Sevinc Süleymanova Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun həyatı və keçdiyi döyüş yolu haqqında iştirakçılara məlumat verərək söylədi ki, Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımız uğrunda silaha sarılaraq mübarizəyə qalxan igid oğullarımızın arzularını Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində rəşadətli ordumuzun igid əsgər və zabitləri reallaşdırdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumuruğu və iradəsi sayəsində igidlərimiz Vətən müharibəsində Şanlı tarix yazdılar, bayrağımızı zirvələrdə dalğalandırdılar. Bu bizim möhtəşəm tarixi qələbəmiz və zəfərimiz oldu.
Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Hacı Məmmədov çıxışında belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd etdi. Natiq Vətən uğrunda canlarını qurban vermiş igidlərin ailələrinə dövlət tərəfindən gpstərilən diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını diqqətə çatdırdı.
Tədbir 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında şeir kompozisiyası ilə davam etdi.
Vətənimizin ərazi bütövlüyünün bərpası, suverenliyimiz uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!













