BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.
Binəqədi rayonunda 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib.
Bizdə öz növbəmizdə M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq qəsəbədə yaşayan ahilları evlərində ziyarət etdik.
Təşkil olunan ziyarətdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələlər daimi komisiyasının sədri Günel Abdulla-zadə iştirak edib.
Evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilmiş, onlara bayram münasibətilə sovqat təqdim edilib və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunublar.
Ahıllar onlarla təşkil edilən bu görüşün əhəmiyyətindən danışmış və belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırıblar. Ahıl şəxslər işlədikləri illərlə bağlı öz xatirələrini bölüşmüş, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildiriblər.
Səmimi söhbət zamanı ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirmiş, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.
Home » Bələdiyyə xəbərləri » 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə bələdiyyənin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib