Saytımıza xoş gəlmişsiniz

 

M.Ə.Rəsulzadə qəsəbəsi Bakının qədim rayonlarından biri olan Binəqədi rayonunun inzibati mərkəzidir.

M.Ə.Rəsulzadə bələdiyyəsi Bakı şəhərinin şimal hissəsində, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazisində yerləşir.

Bu gün M.Ə.Rəsulzadə qəsəbəsinin əhalisi 57 min nəfərə yaxındır. Azərbaycan Respublikasının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” (7 dekabr 1999-cu il) Qanununa müvafiq olaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısı 812 saylı, 31.08.2001-ci il tarixli sərəncamla M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazisinə aid olan 501.26 ha torpaq sahəsini bələdiyyənin mülkiyyətinə vermişdir.

Bələdiyyələrin yarandığı yaxın tarixə qısa ekskurs etsək görərik ki, M.Ə.Rəsulzadə bələdiyyəsi formalaşdığı gündən ciddi şəkildə üzərinə düşən işlərin öhdəsindən gəlməyə başlamışdır.

Veb saytın yaradılması Bələdiyyə fəaliyyətlərinin daha bir xidmətidir. Onlayn imkanlar vasitəsi ilə Bələdiyyə haqqında ətraflı məlumatlar ala bilər, bizimlə onlayn əlaqə yarada bilərsiniz.