Home » Bələdiyyə xəbərləri » Rumıniyanın Kovasna şəhərində “Yerli və regional hakimiyyətlər tərəfindən dillərin istifadəsi”nə həsr olunmuş konfrans keçirilib

 
 

Rumıniyanın Kovasna şəhərində “Yerli və regional hakimiyyətlər tərəfindən dillərin istifadəsi”nə həsr olunmuş konfrans keçirilib

 

May ayının 30-dan 31-dək Rumıniyanın Kovasna şəhərində Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin təşkilatçılığı ilə konfrans keçirilir. Bu barədə tədbirdə iştirak edən Azərbaycanın Yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri,  M.Ə.Rəsulzadə  bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib. Hümbət Hüseynov bildirib ki, Yerli və regional hakimiyyətlər konqresinin İdarə Heyətinin təşkil etdiyi konfrans dillərin istifadəsinə dair müxtəlif aspektlərə həsr olunacaq 4 tematik sessiyadan ibarətdir:

-         yerli və regional assambleyalarda dillərin istifadəsi

-         vətəndaşların və ərazi administrasiyasının birgə iştirakçılığı sahəsində dillərin istifadəsi

-         coğrafi adlarda dillərin istifadəsi

-         dövlət xidmətlərinin göstərilməsində bərabər hüququn təmin edilməsi məqsədilə dillərin istifadəsi.

Konfransa Konqresin sədri Gudrun Mosler-Ternstrem, Ruminiya parlamentinin üzvü və sabiq Mədəniyyət naziri, həmçinin Rumıniya Macarların Demokratik İttifaqının sədri Xunor Kelemen, Kovasna Regional Şurasının sədri Sandor Tamas və Sfıntu Georgenin meri Arpad Andras Antalın çıxışları ilə start veriləcək.

Tədbir Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyasının 20-ci ildönümü ilə əlaqədar, həmçinin Konqresin “Yerli və regional hakimiyyətləri tərəfindən dillərin istifadəsi”nə dair hesabatın hazırlanması çərçivəsində təşkil olunur.

32 1 5

Comments are closed

Sorry, but you cannot leave a comment for this post.