1. Sədr -Hümbət Hüseynov
6 fevral 2018-ci il tarixdə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın – Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin – illik hesabatı dinlənilib. Eləcə də iclasda bələdiyyələrin qarşısında duran problemlər, reallıqlar və perspektivlər haqqında fikir mübadiləsi aparılıb.
Həmin iclasda iştirak edən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək Vergi Məcəlləsinin 203-cü maddəsində fiziki şəxslərin torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmaqları göstərilsədə uçotdan yayınan və uçota durmaqdan boyun qaçıran şəxslərlə bağlı istər Vergi Məcəlləsində, istərsə də İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi təklifini irəli sürüb.
Video ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: