Home » Bələdiyyə xəbərləri » M.Ə.Rəsulzadə bələdiyyəsində Qoşqar zirvəsinə ediləcək yürüş iştirakçıları ilə görüş keçirildi

 
 

M.Ə.Rəsulzadə bələdiyyəsində Qoşqar zirvəsinə ediləcək yürüş iştirakçıları ilə görüş keçirildi

 

23 fevral 2018-ci il tarixdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar ictimai-humanitar sektorun təşkilatçılığı ilə M.Ə.Rəsulzadə bələdiyyəsində Everest İdman Klubunun İdarə Heyətinin üzvləri ilə görüş keçirildi. Görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və Everest İdman Klubu sədrinin birinci müavini Araz Əsgərov, klubun ictimaiyyətlə əlaqələr üzrə icraçısı Emin Mirzəyev iştirak etdilər.
Görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsi və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Qoşqar zirvəsinə yürüş edilməsi müzakirə olundu.
Görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqı üçün böyük faciə olduğunu bildirdi. Bu tarixin unudulmamasının, gələcək nəslin qan yaddaşımızı hər zaman xatırlamasının vacibliyini vurğuladı. Bu məqsədlə də Everest İdman Klubu ilə birlikdə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Qoşqar zirvəsinə yürüşün şərəfli addım olduğunu qeyd etdi. Bələdiyyə sədri Xocalı soyqırımı qurbanlarının anımı məqsədilə ediləcək yürüşdə iştirakçılara uğurlar arzulıdı.
Sonra Everest İdman Klubu sədrinin birinci müavini Araz Əsgərov çıxış edərək Xocalı soyqırımı qurbanlarının yad edilməsinin vacibliyini vurğuladı və M.Ə.Rəsulzadə bələdiyyəsinə verilən dəstəyə görə təşəkkürünü bildirdi.
Görüşdə digər təşkilati məsələlər barədə müzakirələr aparıldı.
Qeyd edək ki, M.Ə.Rəsulzadə bələdiyyəsi və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Qoşqar zirvəsinə ediləcək yürüş 24-25 fevral tarixlərində həyata keçiriləcək.

28235629_2158918744343169_9196218916523546228_o 28164589_2158918801009830_4822365607874644661_o 28165160_2158918991009811_2732390063932809015_o 28235334_2158919074343136_8876255864679052442_o 28161702_2158918777676499_5083432459404848954_o

Comments are closed

Sorry, but you cannot leave a comment for this post.