Home » Bələdiyyə xəbərləri » M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə məktəblilərin Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil edilib

 
 

M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə məktəblilərin Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil edilib

 
 21 noyabr 2017-ci il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə məktəblilərin Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyada ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə və qəsəbə ərazisində yerləşən 99, 143, 115, 30 saylı məktəblərin şagirdləri iştirak edib.
Ekskursiya zamanı muzey bələdçisi muzey haqqında ətraflı məlumat verərək bildirib ki, Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi — 1967-ci ildә yaradılıb. Muzeyin fondunda 35 minә yaxin eksponat toplanmışdır. Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, elәcә dә ozunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri – әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar, qramofon valları, Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbəyovun, milli professional vokal sәnәtinin banisi Bülbülün, gorkәmli bәstәkarlardan Qara Qarayevin, Fikrət Əmirovun muәllif not әlyazmaları, musiqi xadimlәrinin şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri incәsәnәt nümunәlәri, notlar, kitablar vә s. materialları gostәrmәk olar. Bütün bunlar Azәrbaycan milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәridir.
Muzeylə tanışlıq şagirdlərdə maraq yaradıb, onların sualları bələdçi tərəfindən cavablandırılıb və sonda xatirə fotosu çəkilib.
1
24 19 14l 2a

Comments are closed

Sorry, but you cannot leave a comment for this post.