Home » Bələdiyyə xəbərləri » Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib

 
 

Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib

 

Noyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib. Məclisi giriş sözü ilə açan AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələ ilə bağlı məlumat verərək bildirib ki, 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının çağırılması məsələsi Məclis üzvlərinin müzakirəsinə verilir.
AHİK gənclərin istehsalata həm ixtisaslı kadr, həm də fəal ictimaiyyətçi kimi hazırlığı işində stimullaşdırma metodlarından geniş istifadə edir. AHİK İK-nin «Gənclərlə iş üzrə ən yaxşı ilk Hİ təşkilatı adı uğrunda», «Bu – mənim peşəmdir», «Gender bilikləri və texnologiyası məktəbi», «İlin peşəkar gənci» və “Gənc həmkarlar ittifaqı lideri məktəbi”- gənc işçilər üçün kompleks proqram haqqında qərarları bu məqsədləri güdür. Həmin layihələrin yerlərdə icrası müxtəlif sahələrdə çalışan gənclərin potensialının inkişafına, peşəkarlıq səviyyəsinin daha da artırılmasına və həmkarlar ittifaqi üzvlüyünə motivasiyanin gücləndirilməsinə yönəldilir.
S. Möhbalıyev bildirib ki, sahə həmkarlar ittifaqi orqanları tərəfindən “İlin peşəkar gənci” fəxri adının verilməsi və “Gənc həmkarlar ittifaqı lideri məktəbi” layihəsində fərqlənənlər barədə verilmiş təqdimatlar AHİK İcraiyyə Komitəsinin qərarları ilə təsdiq edilib. “Bu gün fəxri ada və diplomlara layiq görülən gənclərimiz yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olmaları ilə seçiliblər.Biz onların hər birini ürəkdən təbrik edir, həyatda və gələcək fəaliyyətlərində daha yüksək nailiyyətlərə imza atmalarını arzulayırıq.”
Tədbirin sonunda “İlin peşəkar gənci” fəxri adını alan qaliblərə mükafatlar təqdim olunub.
Qeyd edək ki, keçirilən tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü Ayla İbrahimova da mükafata layiq görülüb. Bu münasibətlə onu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

23319348_2107377796163931_5660355958350064105_n

Comments are closed

Sorry, but you cannot leave a comment for this post.