Home » Bələdiyyə xəbərləri » “DOST xonçası” kompaniyasına M.Ə.Rəsulzadə Bələdiyyəsi də qoşuldu

“DOST xonçası” kompaniyasına M.Ə.Rəsulzadə Bələdiyyəsi də qoşuldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibəti ilə başlatdığı “DOST xonçası” kompaniyasına M.Ə.Rəsulzadə Bələdiyyəsi də qoşuldu. Kompaniya çərçivəsində Koroğlu küçəsi ev 64 ünvanında şəhid Sahib Hüseynovun anası Pərzal Hüseynova, Eldar Babayev küçesi ev 27 ünvanında şəhid Hüseynov Ruzilin anası Hüseynova Senuberin, Ağa Nemətulla küçəsi ev 22 ünvanda yaşayan aztəminatlı və iki övladı sağlamlığında problem olan Həsənov Ədaletin, Arif Hüseynov ev 11də yaşayan qesəbə ziyalısı Hüseynova Liliyanın qonağı olundu, “DOST xonçası” təqdim edildi. M.Ə.Rəsulzadə Bələdiyyəsi kollektivi adından təbriklər çatdırıldı.