Home » Bələdiyyə xəbərləri » Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq qəsəbə ərazisində yerləşən məktəblərin şagirdlərinin Kənd Təsərrüfatı Muzeyinə ekskursiyası təşkil edilib

 
 

Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq qəsəbə ərazisində yerləşən məktəblərin şagirdlərinin Kənd Təsərrüfatı Muzeyinə ekskursiyası təşkil edilib

 

M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq qəsəbə ərazisində yerləşən məktəblərin şagirdlərinin Kənd Təsərrüfatı Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyada M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun müdiri Günel Abdulla-zadə, bələdiyyə üzvləri və qəsəbə ərazisində yerləşən 100, 99, 143 saylı tam orta məktəblərin şagirdləri iştirak edib.Muzey bələdçisi şagirdlərə ətraflı məlumat verərək, bildirmişdir ki, Muzey 1924-cü ildə yaradılıb. Muzeydə Azərbaycanın kənd təsərrüfatı və kənd sakinlərinin iş və məişət şəraitini əks etdirən 15 mindən çox maraqlı eksponat yerləşdirilib. Burada Qobustan qoruğunun maketi, İpək yolu xəritəsi, müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı bölgələrində istifadə edilən kənd təsərrüfatı alətləri, XVIII-XIX əsrə aid insanların məişətini və təsərrüfat həyatını əks etdirən eksponatlar nümayiş olunur. Muzeydə müxtəlif bölmələr də var. Bu bölmələr maraqlı eksponatlarla zəngin olmaqla yanaşı, ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrinin zəngin tarixindən, onların inkişaf mərhələsindən xəbər verir, xalqımızın bu sahədə də zəngin ənənələrə malik olduğunu nümayiş etdirir.Yarandığı gündən muzeyin ekspozisiyası və fondu ardıcıl olaraq təzələnir və respublika kənd təsərrüfatının müasir vəziyyətini, tarixi inkişafını əks etdirən yeni-yeni materiallarla, eksponatlarla zənginləşir. Muzeydə Azərbaycanın kənd təsərrüfatının demək olar ki, bütün sahələri öz əksini tapmışdır. Hazırda ekspozisiya 500 m2 sahəni əhatə edir. Muzey zəngin fonda və müasir standartlara uyğun tərtib olunmuş gözəl ekspozisiyaya malikdir. Ekskursiya şagirdlərdə xoş təəssürat yaradıb və fotolar çəkilib

1 4 7 8 11

 

 

Comments are closed

Sorry, but you cannot leave a comment for this post.