Home »

 
 

Bələdiyyə üzvləri

 

 

mahirAbbasəliyev Mahir Ziyad oğlu

Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının sədri

 20 dekabr 1974-cü ildə anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

1991-1996-cı illərdə Sabunçu və Səbael rayonlarında Statistika şöbəsində iqtisadçı, 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, 1999-2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, 2000-2008-ci illərdə Yeni Azərbaycan Partiyası İcra katibinin köməkçisi vəzifələrində işləmişdir. 2008-ci ildən Yeni Azərbaycan Partiyasının İşlər İdarəsinin müdiridir.

2014-cü ildə respublikada yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyənin Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyanın sədridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir.

gunel  Vahabzadə Günel Fizuli qızı

Yerli sosial məsələləri daimi komissiyasının sədri

05 may 1991-ci ildə anadan olmuşdur. 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. Hər zaman ictimai-siyasi  fəallığı ilə seçilmişdir.

2014-cü ildə respublikada yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyənin Yerli sosial məsələlər daimi komissiyanın sədridir.

Bitərəfdir.

Subaydır.

yasar

Hüseynov Yaşar Nasir oğlu

Yerli büdcə məsələləri daimi komissiyasının sədri

27 aprel 1964-cü ildə anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstutunun maliyyə-kredit fakultəsini bitirmişdir.

1988-ci ildə Binəqədi Rayon Əmanət bankında nəzarətçi və filial müdiri vəzifəsində işləmişdir. 1990-cı ildə Yasamal Rayon Əmanət bankında kassa-əməliyyat işlərinin təşkili və nəzarəti şöbəsində böyük inispektor, baş təftişçi, kassa-əməliyyat işinə nəzarət şöbəsinin rəisi və müdir müavini vəzifələrində işləmişdir.

1999-cu ildə Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankında Baş mühasibat uçotu və hesabatı idarəsinin Bankdaxili nəzarət şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.

2002-2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar Departamentində baş mühasib, 2004-2006-cı illərdə Muğan Kommersiya Bankında Kredit Departamentinin rəis müavini, 2006-2009-cu illərdə ZİTAVCİ BROTHERS MMC-də baş mühasibin müavini, 2009-2014-cü illərdə İlqar MMC-də baş mühasib vəzifələrində işləmişdir.

2014-cü ildə respublikada yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda  bələdiyyənin Yerli büdcə məsələləri daimi komissiyanın sədridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

sabir

Hüseynov Sabir Hüseyn oğlu

Hüquq məsələləri daimi komissiyasının sədri

  02 aprel 1947-ci ildə anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakultəsini bitirmişdir. 1975-ci ildə Daxili İşlər Orqanlarında müstəntiq vəzifəsinə təyinat almışdır. Fəaliyyəti müddətində müxtəlif məsul vəzifələrdə çalışmış, polis rəisi vəzifəsinə qədər yüksəlmişdir. 1998-ci ildə təqaüdə çıxmışdır.

1999-cu ildə Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə iştirak etmiş, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. 2000-2004-cü illər ərzində sədr müavini olmuşdur.

2004-cu ildə respublikada keçirilmiş II çağırış, 2009-cu ildə III çağırış bələdiyyə seçkilərində iştirak edərək yenidən bələdiyyə üzvü seçilmiş və Hüquq məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.

2014-cü ildə respublikada yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək növbəti dəfə  M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyənin Hüquq məsələləri daimi komissiyanın sədridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

saiqQəhrəmanov Şaiq Şakir oğlu

Yerli ekologiya məsələləri daimi komissiyasının sədri 

  27 may 1987-ci ildə anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetini bitirmişdir. Universitetdə Tələbə Gənclər Təşkilatının sədri olmuşdur. Hər zaman ictimai-siyasi  fəallığı ilə seçilmişdir.

2010-cu ildən “Medi-lux” Tibb Mərkəzində əczaçı həkim vəzifəsində çalışır.

2014-cü ildə respublikada yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyənin Yerli ekologiya məsələləri daimi komissiyanın sədridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir.

namiqRüstəmxanlı Namiq Mədət oğlu

Mətbuat, informasiya və gənclərlə iş üzrə komissiyanın sədri

20 dekabr 1980-ci ildə anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Kooperasiya Universitetinin bakalavr, 2006-cı ildə həmin universitetin inzibati idarəetmə fakultəsi üzrə magistr pilləsini bitirmişdir.

2001-2003-cü illərdə “Qanun” jurnalında kommersiya şöbəsinin müdiri, 2004-2006-cı illərdə Birlik Bank ASC Gənclik filialında kredit şöbəsinin baş mütəxəssisi vəzifələrində işləmişdir. 2006-2008-ci illərdə “Tandem Co” şirkətinin icraçı direktoru olmuşdur.

2014-cü illərdə Azərbaycanda yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda Mətbuat, informasiya və gənclərlə iş  üzrə komissiyanın  sədridir.

Bitərəfdir.

Ailəlidir, üç övladı var.

elnare

Rüstəmova Elnarə Viktorovna 

Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının üzvü

27 aprel 1969-ci ildə anadan olmuşdur. 1991-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir.

1992-2005-ci illərdə Bakı şəhəri Xətai rayonu 55 saylı orta məktəbdə rus dili müəlliməsi işləmişdir. 2004-2005-ci illərdə Bakı Slavyan Universitetinin tarix ixtisası üzrə yenidən hazırlanma kursunda təhsil almışdır. 2005-ci ildən Bakı şəhəri Xətai rayonunda 55 saylı orta məktəbdə tarix müəlliməsi işləyir.

2009-cu ildə respublikada keçirilmiş III çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmiş, Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının üzvü olmuşdur.

2014-cü ildə yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində növbəti dəfə iştirak edərək M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyənin Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

Cinare-AgayevaAğayeva Çinarə Tahir qızı

Mətbuat, informasiya və gənclərlə iş üzrə komissiyanın üzvü

3 aprel 1989-cü ildə anadan olmuşdur. 2012-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə təhsil aldığı müddətdə 4 dəfə fakültə dekanının Fəxri fərmanına, 2 dəfə isə Tələbə Həmkarlar İttifaqının keçirdiyi konfranslarda birinci yerə layiq görülmüşdür.

2013-cü ildən Binəqədi Rayonu İcra Hakimiyyəti Sakinlərin Müraciəti Xidmətində (1646) məsləhətçi vəzifəsində işləyir.

2014-cü ildə Azərbaycanda yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyənin Mətbuat, informasiya və gənclərlə iş üzrə  komissiyanın üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Subaydır.

aylaİbrahimova Ayla Hacıbala qızı

Hüquq məsələləri daimi komissiyasının üzvü

 14 avqust 1989-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir.

2014-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində tyutor işləmişdir. Hər zaman ictimai-siyasi  fəallığı ilə seçilmişdir.

2014-cü ildə Azərbaycanda yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyənin  Hüquq məsələləri daimi komissiyası və Mətbuat, informasiya və gənclərlə iş  üzrə komissiyanın üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.

Subaydır.


celaleBalakişiyeva Cəlalə İsa qızı

Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının üzvü

11 noyabr 1988-ci ildə anadan olmuşdur. 2012-ci ildə Odlar Yurdu Universitetinin ingilis dili fakültəsini bitirmişdir.

2013-2014-cü illərdə M.Ə.Rəsulzadə bələdiyyəsinin “Ümumi şöbə”sində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.

2014-cü ildə respublikada yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda  bələdiyyənin Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının və Yerli ekologiya məsələləri daimi komissiyasının üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Bir övladı var.

samir tagiyevTağıyev Samir Sabir oğlu

Yerli sosial məsələlər daimi komissiyasının üzvü

08 avqust 1988-ci ildə anadan olmuşdur. 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetinin maliyyə-kredit fakultəsini bitirmişdir.

2011-13-cü illərdə “İmportaz” şirkətinin rəhbəri olmuş, 2014-cü ildən isə Qafqaz Turizm şirkətinin direktorudur.

2009-cu ildə III çağırış bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçilmiş, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsində Yerli iqtisadi inkişaf məsələləri komissiyanın üzvü olmuşdur.

2014-cü ildə Azərbaycanda yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək növbəti dəfə M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyənin Yerli sosial məsələlər daimi komissiyasının üzvüdür.

Bitərəfdir.

Ailəlidir, bir övladı var.

eliabbas

Səfərov Əlabbas Qorxmaz oğlu

Yerli sosial məsələlər daimi komissiyasının üzvü

 10 iyun 1973-ci ildə anadan olmuşdur. 1992-ci ildə Naxçıvan sovxoz-texnikumunu bitirmişdir. 2007-ci ildə Sumqayıt Dövlət Universitetində təhsil almışdır. Müharibə veteranıdır.

2005-2009-cı illərdə 9 saylı Binəqədi rayon II Seçki Dairəsində Dairə Seçki komissiyasının üzvü işləmişdir. Fərdi sahibkarlıqla məşğuldur.

2009-cu ildə respublikada keçirilmiş III çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmiş, Yerli sosial məsələlər daimi komissiyasının üzvü olmuşdur.

2014-cü ildə yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində növbəti dəfə iştirak edərək M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyənin Yerli sosial məsələlər daimi komissiyasının üzvüdür.

Böyük Qurtuluş Partiyasının üzvüdür.

Evlidir, üç övladı var.

elsad2

Verdiyev Elşad Nəriman oğlu

Yerli büdcə məsələləri daimi komissiyasının üzvü

5 sentyabr 1985-ci ildə anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Kooperasiya Universitetinin Maliyyə və kredit fakültəsini bitirmişdir.

2009-cu ildə respublikada keçirilmiş III çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmiş, Yerli büdcə məsələləri daimi komissiyası və Yerli ekologiya məsələləri daimi komissiyasının üzvü olmuşdur.

2014-cü ildə yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində növbəti dəfə iştirak edərək M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyənin Yerli büdcə məsələləri daimi komissiyasının və Yerli ekologiya məsələləri daimi komissiyasının üzvüdür.

Azərbaycan Demokratik İslahatlar Partiyasının üzvüdür.

Ailəlidir.