Home » Bələdiyyə sədrinin müavinləri

Bələdiyyə sədrinin müavinləri

Nağıyev Ayət Süleyman oğluayet1

04 oktyabr 1975-ci ildə anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1998-2000-ci illərdə özəl sektorda hüquqşünas işləmişdir.

2000-ci ilin aprel ayından M.Ə.Rəsulzadə bələdiyyəsinin “Vergilər idarəsi”ndə müfəttiş, baş müfəttiş, aparıcı müfəttiş vəzifələrində çalışmışdır. Sonralar “İqtisadiyyat idarəsi”ndə rəis müavini və “Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsi”nin müdiri vəzifələrində çalışmışdır.

2004-cü ildə respublikada keçirilmiş II çağırış, 2009-cu ildə III çağırış, 2014-cü ildə IV çağırış, 2019-cu ildə V çağırış bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçilmişdir. Həmin illər ərzində bələdiyyədə Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının, Humanitar məsələlər daimi komissiyasının, Hüquq məsələləri daimi komissiyasının, Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının sədri, sədrin müavini vəzifələrində çalışmışdır.

2025-ci ildə yerli özünüidarəetmə orqanlarına keçirilən VI çağırış bələdiyyə seçkilərində iştirak edərək növbəti dəfə M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyə sədrinin müavinidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

leyli

Tahirova Leyli Faatovna

09 yanvar 1982-ci ildə anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

1998-2005-ci illərdə “Azərsu” Səhmdar Cəmiyyətində, 2005-2007-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmışdır.

2007-2009-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” şöbəsində təhsil almışdır.

2009-cu ildə respublikada keçirilmiş III çağırış, 2014-cü ildə IV çağırış, 2019-cu ildə V çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçilmiş, sədrin sosial məsələlər üzrə müavini olmuşdur.

2025-ci ildə yerli özünüidarəetmə orqanlarına keçirilən VI çağırış bələdiyyə seçkilərində iştirak edərək növbəti dəfə M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyə sədrinin müavinidir.

Faliyyət dövründə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri tərəfindən “Fəxri fərman”larla təltif edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir övladı var.

 Babayev Orxan Əlidadaş oğlu

24 fevral 1997-ci ildə anadan olmuşdur. Naxçıvan Dövlət Universitetini memarlıq və mühəndislik ixtisası üzrə 2018-ci ildə bitirmişdir. 2018-2019-cu illərdə hərbi xidmətdə olmuşdur. Bir müddət “Marvi” şirkətində dekarant vəzifəsində çalışmışdır. 2024-cü ildə ikinci təhsil olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsini bitirmişdir.

2019-cu ildə respublikada yerli özünüidarəetmə orqanlarına keçirilən V çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmiş, bələdiyyə sədrinin müavini olmuşdur.

2025-ci ildə yerli özünüidarəetmə orqanlarına keçirilən VI çağırış bələdiyyə seçkilərində iştirak edərək növbəti dəfə M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Hazırda bələdiyyə sədrinin müavinidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir övladı var.