Home » Bələdiyyə xəbərləri » Avropa Şurasının Şərq Tərəfdaşlığı Ölkələrində Qadınların Siyasi Təmsilçiliyinə dair Regional Araşdırmanın təqdimatı keçirilib

 
 

Avropa Şurasının Şərq Tərəfdaşlığı Ölkələrində Qadınların Siyasi Təmsilçiliyinə dair Regional Araşdırmanın təqdimatı keçirilib

 

01 noyabr 2017-ci il tarixində Avropa Şurasının Şərq Tərəfdaşlığı Ölkələrində Qadınların Siyasi Təmsilçiliyinə dair Regional Araşdırmanın təqdimatı keçirilib. Keçirilən təqdimatda Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş, Avropa İttifaqının Azərbaycandakı rəhbəri Kestutis Jankauskas, Milli Məclisin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, Milli Məclisin üzvü, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova , Ailə, qadın və uşaq məsələləri komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov və başqa qonaqlar iştirak edib. Tədbirdə Avropa Şurasının Şərq Tərəfdaşlığı Ölkələrində “Qadınların Siyasi Təmsilçiliyinə dair Regional Araşdırmanın” təqdimatı, Qadınların siyasi təmsilçiliyini artırmaq üçün mexanizimlər və cəmiyyətdə gender stereotiplərinin aradan qaldırılması mövzularında çıxışlar dinlənilib və mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsi Yerli Sosial məsələlər daimi komissiyasının sədri Günel Vahabzadə və ərazi ilk partiya təşkilatı üzrə Gənclər Birliyinin sədri Ayla İbrahimovada iştirak edib.23157373_2104438526457858_4774035876199159986_o 23004671_2104438453124532_3543971875780253452_o

23172866_2104438809791163_4809622629358847981_n

Comments are closed

Sorry, but you cannot leave a comment for this post.