Home » Bələdiyyə xəbərləri » ADA universitetinin tələbələri ilə M.Ə.Rəsulzadə bələdiyyəsində görüş keçirilib

 
 

ADA universitetinin tələbələri ilə M.Ə.Rəsulzadə bələdiyyəsində görüş keçirilib

 

ADA universitetinin tələbəsi, qəsəbə sakinimiz Ümid Bayramlı və onun tələbə yoldaşlarının təşəbbüsü ilə M.Ə.Rəsulzadə bələdiyyəsində tələbələrlə görüş keçirilib. Belə ki, Ümid Bayramlı M.Ə.Rəsulzadə bələdiyyəsinin facebook səhifəsinin izləyicisi olaraq, Binəqədi rayonunda “Yerli Demokratiya Həftəsi”nin 10 illiyi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” devizi altında “Bələdiyyələr demokratik sistemin özəyi kimi” mövzusunda keçirilən tədbirdə görülən işlər və həyata keçirilən layihələr barədə verilən məlumatlarla tanış olub və daha yaxından tanış olmaq istəyib.
Görüş çərçivəsində tələbələr gəliş məqsədlərinin M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyətini izləyib, bələdiyyənin funksiyaları, gördüyü işlər, əməkdaşlarla daha yaxından tanış olmaq olduğunu bildiriblər. Buna uyğun olaraq müzakirələr aparılıb, suallar səsləndirilib. Tələbələrin verdiyi bələdiyyənin bu günki problemləri, qərarların necə təsdiqlənməsi sualları və çinli tələbə Yingqi Zhangın verdiyi “ölkəmizlə ən çox qürur duyulan məqamlar hansılardır” sualına sədrin cavabı “bizim qürur duyacağımız bir çox məqamlar var, ən önəmlisi müstəqilliyimiz və dilimizdir” olub. O vurğulayıb ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə başçımız İlham Əliyevin bütün sahələr üzrə uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, müstəqilliyimiz əbədidir və heç bir daxili və xarici qüvvələr ona xələl gətirə bilməz.
Tələbələrlə səmimi söhbət aparılıb və sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, artıq müasir düşüncəli gənclər, qəsəbə sakinləri bələdiyyənin fəaliyyəti ilə özləri yaxından tanış olmağa çalışır.3 2

5

Comments are closed

Sorry, but you cannot leave a comment for this post.