Home » Bələdiyyə xəbərləri » Ətraf mühitin mühafizəsində bələdiyyələrin rolu müzakirə olunub

Ətraf mühitin mühafizəsində bələdiyyələrin rolu müzakirə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Şəhər və Qəsəbə Bələdiyyələri Milli Assossasiyasının və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda Nərimanov Rayon İcra Hakimiyyətində görüş keçirilib.Görüşdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assossasiyasının sədri Hümbət Hüseynov və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində olan bələdiyyələrin sədrləri iştirak etmişdir.Görüşü giriş sözü ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının sədri Təmraz Tağıyev açmışdır və bildirmişdir ki, görüşün əsas məqsədi Bələdiyyələrə aid olmayan cərimələrin tətbiqi və digər məsələlərin müzakirəsidir.İşgüzar görüşdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov ətraflı çıxış etmiş və bələdiyyə sədrlərini maraqlandıran sualları cavablandırmışdır.Görüşdə həmçinin, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assossasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Belediyye.info saytının rəhbəri Vüqar Tofiqli, Keşlə Bələdiyyəsinin sədri Ələmdar Bafadarov, Səbail Bələdiyyəsinin sədr müavini Səmədağa Aslanov çıxış edərək mövzu ətrafında fikirlərini bildirmiş və bələdiyyələri narahat edən məsələləri dilə gətirmişlər.